Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan Bakıdan təminat almaq istəyirsə...

11.10.17, 8:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bu ilin dekabrına qədər prezidentlərin gözlənilən görüşü texniki və siyasi baxımdan kiçik də olsa, hansısa tərpənişdən xəbər verir”.
Bunu açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq hesab edir ki, bu, yenə də Ermənistanın gözlənilən konstruktivliyi nümayiş etdirəcəyi anlamına gəlmir:
“Çünki erməni tərəfinin əsas qayəsi boşluğu doldurmaqdan ibarətdir. Məqsəd isə guya Ermənistanın danışıqlar prosesindən yayınmadığını göstərməkdir. Əslində isə İrəvan danışıqlardan yayınır, lakin texniki gedişlər, avantürist, hiyləgər oyunbazlıqla suni şəkildə prosesi əsas magistral xətdən kənara çəkirlər. Əgər belə deyilsə, onda İrəvan gündəliyin formalaşmasında iştirak etməlidir. Hazırda ermənilərin əsas şərtlərindən biri guya qarışılıqlı inam məsələsinin güclənməsidir. Onlar konkret fakt olaraq Aprel döyüşlərində guya təcavüzə məruz qaldıqlarını bildirirlər. İndiki halda ermənilərin bəzi havadarları da bundan maksimum istifadə edirlər. Təhlükəsizlik məsələlərinin təminatını və qarışılıqlı inamın güclənməsini istəyən Ermənistan ilk növbədə qoşunlarını torpaqlarımızdan çıxartmalıdır. Əgər bu gün Azərbaycanın işğal olunmuş torpaqlarında erməni qoşunları varsa, özünə hörmət edən hansı tərəf güzəştə gedər? Bunun özü elə birbaşa Azərbaycana təhdiddir.
Aydındır ki, bu güc vasitəsinin altında Bakıya hansısa şərtləri qəbul etdirmək planları yatır. Bu isə mümkünsüzdür. Rusiya tərəfi tərpənişdən dəm vurur. Lavrovun planına əsasən, söhbət ilk növbədə beş rayonun Azərbaycana geri qaytarılmasından gedirsə, bəs erməni qoşunları Azərbaycan torpaqlarından niyə çıxarılmır? Bir sözlə, Rusiyanın bu planı beş rayonun qaytarılmasıyla yanaşı, status məsələsinin həllini də tələb edir. Ancaq Azərbaycan birmənalı şəkildə bəyan edib ki, status məsələsi kommunikasiyaların bərpası və qaçqınların qayıdışından sonra, ən son mərhələdə həll edilməlidir”.

Bu xəbər oxundu
- - -