Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Madrid Kataloniya liderinin müstəqillik bəyannaməsini rədd etdi

11.10.17, 9:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İspaniya hökuməti Kataloniya lideri Karles Puigdemontun imzaladığı müstəqilliyə dair bəyanatı və vasitəçilik çağırışlarını rədd edib. İspaniyanın baş nazirinin müavini cənab Puigdemontu "harada olduğunu, hara getdiyini bilməyən biri" adlandırıb. Baş nazir Mariano Rajoy hökumətin növbəti addımlarını müzakirə etmək üçün təcili kabinet yığıncağı keçirəcək. Kataloniya lideri Karles Puigdemont çərşənbə axşamı günü müstəqillik bəyannaməsini imzalayıb, lakin danışıqların aparılması üçün qərarın tətbiqini dayandırıb. Barselonada mənzillənmiş Kataloniya parlamentində çıxış edən cənab Puigdemont, muxtar bölgənin səsvermə nəticəsində müstəqil olma haqqını qazandığını söyləyib.
"Biz beynəlxalq dövlətlər və təşkilatlara Kataloniya respublikasını müstəqil və suveren dövlət olaraq tanımağa çağırırıq",- o deyib. Onun sözlərinə görə, "xalqın iradəsi" Madriddən ayrılmaq idi. O, həmçinin məsələ ətrafında gərginliyin "azalmasını" istədiyini söyləyib. O və digər Kataloniya liderləri müstəqillik bəyannaməsini imzalayıblar. Bəyannamənin hər hansı bir hüquqi statusu olub-olmadığı aydın deyil.
Barselonada müstəqillik tərəfdarlarının çoxu cənab Puigdemontun ilkin şərhlərini alqışlayıb, lakin bir çoxları onun mövqeyini aydınlaşdırdıqları zaman xəyal qırıqlığına uğradıqlarını ifadə ediblər. Kataloniya prezidentinin müstəqillik elan edə biləcəyi və bu addımın qüvvəyə minməsi ilə İspaniyanın daha dərin bir siyasi böhrana məruz qalacağına dair fərziyyələr var.
İspaniya oktyabr ayının 1-də ölkənin Konstitusiya Məhkəməsi tərəfindən etibarsız elan edilmiş mübahisəli referendumdan bəri qarışıqlıq içindədir. Madriddə İspaniyanın baş nazirinin müavini Soraya Saenz de Santamaria Puigdemontun beynəlxalq vasitəçi vasitəsilə danışıqlar təklifini rədd edib. İspaniyanın ədliyyə naziri Rafael Katala hökumətin mövqeyi ifadə edərək, referendumu qeyri-qanuni adlandırıb və nəticələrinin etibarsız hesab olunduğunu deyib. Bundan əvvəl Kataloniya prezidenti Karles Puigdemont Barselonadakı regional parlamentdə çıxışı zamanı Kataloniyanın İspaniyadan ayrılmasına dair keçirilmiş referendumda seçicilərin müstəqilliyə səs verdiyini, lakin dialoqun vacibliyini bildirib. O, İspaniya ilə dialqun həyata keçirilməsi üçün müstəqilliyin elan olunmasının təxirə salınmasına çağırıb.
Oktyabrın 1-də keçirilmiş müstəqillik referendumunda, rəsmilərin bildirdiyinə görə, təxminən seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. Referendumda seçicilərin 43 fazinin iştirak etdiyi deyilir. Referendum keçirilən gün polislə seçicilər arasında qarşıdurma olub, yüzlərlə insan yaralanıb. Puigdemontun çıxışından əvvəl Barselona meri Ada Colau və Avropa Şurası başçısı Donald Tusk da daxil olmaqla nüfuzlu şəxslər, onu müstəqillik elanından geri çəkilməyə çağırıb. Kataloniya İspaniyanın ən zəngin bölgələrindən biridir, lakin bir sıra şirkətlər böhrana cavab olaraq baş ofislərini Kataloniyadan çıxarmaq planlarını açıqlayıb.

Bu xəbər oxundu
- - -