Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanda korrupsiya, rüşvətxorluq qarşısında toxunulmaz sahə və ya müqəddəs heç nə yoxdur”

11.10.17, 10:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübaiz Əhmədoğlu: “Milli maraqlar da korrupsiyanın güdazına verilir”


“Ermənistanın davranışının qəribəlikləri hədsiz çoxdur. Qərb dünyası hədsiz subyektiv parametrləri, o cümlədən dini faktoru nəzərə alaraq Ermənistanın davranışına kifayət qədər diqqət ayırmır. Ermənistanda ciddi sivil pozuntulara göz yumur”. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İranla əlaqələr Ermənistan üçün həyati məsələdir: “Rəsmi İrəvan üç dəfə İranı özünün xilaskarı adlandırıb. Ermənistan İranla münasibətlərinin həmişə xüsusi təbliğatını aparıb”.
Politoloq vurğulayıb ki, “Şimal-Cənub” avtomobil yolunun tikintisinin cari vəziyyəti barədə Ermənistan rəsmilərinin yaydığı məlumatlardan bəlli olur ki, İrana avtomobil yolunun tikintisi üçün nəzərdə tutulmuş pul yeyilib: “ Pul yeyildiyi üçün yolun tikintisi yubanıb. Yolun tikintisinin yubanması dünya bazarında gedən maliyyə böhranı ilə eyni müddətə düşdüyü üçün “Şimal-Cənub” avtomobil yolunun tikintisi təxminən 2 dəfə bahalaşıb. Əgər bu layihə reallaşmağa başlayarkən ümumi məbləği təxminən 1 milyard dollar (960 milyon dollar) idisə, indi yolun tikintisinin başa çatması üçün 2 milyard dollar vəsait lazımdır. Dörd hissəli yoldan birinci hissənin hazır olub-olmaması məsələsi mübahisəlidir”.
Politoloqun sözlərinə görə, “Şimal-Cənub” avtomobil yolu Ermənistanın Gürcüstanla sərhədini İranla olan sərhədi ilə birləşdirməlidir: “Erməni versiyasına görə bununla Fars körfəzi Qara dənizlə birləşməlidir. Nəticədə Ermənistan beynəlxalq tranzit ərazisinə çevrilir.
Ermənistanda korrupsiya, rüşvətxorluq qarşısında toxunulmaz sahə və ya müqəddəs heç nə yoxdur. Milli maraqlar da korrupsiyanın güdazına verilir”.
O vurğulayıb ki, Ermənistanın davranışındakı digər paradoks ondan ibarətdir ki, Ermənistan İran-Ermənistan dəmir yolunun tikintisi üçün investisiya axtarmaqla məşğuldur. Başqa sözlə, “Şimal-Cənub” avtomobil yolu tikintisinin investorlarını aldadan rəsmi Yerevan “Şimal-Cənub” dəmir yolunun tikintisi üçün investor axtarmaqla məşğuldur.
Ermənistan xristian dünyasının xoş münasibətindən sui-istifadədə əndazəni aşıb.

Bu xəbər oxundu
- - -