Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Belarus Qarabağ probleminin həllində Azərbaycanın yanındadır”

11.10.17, 12:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “İstənilən dəstəyi verməyə hazırdır”

“Azərbaycanın Belarusla hərbi-siyasi əlaqələri möhkəmləndirməsi, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına böyük təkan verir”. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə deyib. Politoloqun sözlərinə görə, müdafiə naziri Zakir Həsənovun Belarusa səfəri hərbi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: "Səfərin məqsədi bu ölkədə istehsal olunan "İsgəndər" raketlərinə alternativ "Polonez" raket sistemlərinin alışı həmçinin birgə istehsalı üçün rəsmi Minsklə danışıqlar aparmaqdır. Qeyd edim ki, Rusiya Azərbaycana "İsgəndər" raketlərinin satılmasını həyata keçirmir. Amma Ermənistana "İsgəndər-M" bir neçə batareya sistemi verilib. Rusiya Azərbaycana bu raket sistemini satmamaqla Ermənistanla silah paritetini saxlamağa çalışır. Belarusun istehsal etdiyi "Polonez" raketi "İsgəndər" raket sisteminin analoqudur və Belarusun ölkəmizə bu raket sistemini verəcəyi və birgə istehsalı üçün istənilən addımı atacağı gözlənilir. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanla siyasi-iqtisadi əlaqələrə önəm verir və yaxın perspektivdə iki ölkə arasında hərbi-texniki və müdafiə xarakterli əməkdaşlığın genişləndirilməsi üçün müqavilələr imzalanacaq. Göründüyü kimi, Azərbaycan Ermənistanın "İsgəndər" xəyalına son qoyur və həmin raketlərin eynisin istehsalını yaxın illərdə gerçəkləşdirməyə nail olacaq. Qeyd edim ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanla müttəfiqdir. Azərbaycan KTMT-də Ermənistanın müttəfiqlərindən bu ölkəyə qarşı silah alışını genişləndirib. Belarus Qarabağ probleminin həllində Azərbaycanın yanındadır və istənilən dəstəyi verməyə hazırdır. Göründüyü kimi Ermənistan Azərbaycanla müharibədə KTMT qarşı güvənə bilməz. Bu təşkilatın aparıcı üzvü olan Belarus, Qazaxıstan Azərbaycanın yanındadır. Rusiyada Azərbaycanın ən böyük silah tədarükçüsdür".
Politoloq bu arada İrəvanla Tehran arasında artan yaxınlıq əlaqələrinə də toxunub. Bildirib ki, İranın Qarabağ münaqişəsinin nizamlanmasında tutduğu siyasət Ermənistanın siyasi maraqlarına cavab verir: "Çünki, rəsmi Tehran daima Ermənistan üçün iqtisadi nəfəslik olmaqla yanaşı, bu ölkəyə siyasi dəstəyində əsirgəməyib. İran Qarabağ probleminin həllində ədalətli mövqeyini ortaya qoysaydı, Azərbaycan İranın Türkiyə kimi münaqişənin həllində fəaliyyətinə israr edərdi". Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın baş naziri Karen Karapetyan Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşərək ikitərəfli iqtisadi-siyasi əlaqələrin perspektivləri və inkişafına dair geniş danışıqlar aparıb: "Hər iki tərəfin görüşdə səsləndirdiyi ifadələr iki ölkənin bir millət iki dövlət olması təəssüratı yaradır. İran prezidenti qeyd edir ki, Ermənistanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün şəxsən çalışacaq. Təbii ki, Həsən Ruhani fikirlərində səmimidir və bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün istənilən dəstəyi verməyə hazırdır. Ermənistan Baş naziri K.Karapetyan qeyd edib ki, "Ermənistan Dağlıq Qarabağ məsələsində İranın mövqeyini yüksək qiymətləndirir, hansı ki, regional sülhün və təhlükəsizliyin təminatının əhəmiyyətli amilidir". Göründüyü kimi Ermənistan rəsmən Qarabağ probleminin həllində İranın mövqeyindən razıdır. Deməli, rəsmi Tehran Ermənistana dəstək verir. Bunun müqabilində Azərbaycan İranın İslam həmrəylik siyasətinə və münaqişənin həllində bu ölkənin siyasətinə necə etibar etsin?"

Bu xəbər oxundu
- - -