Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənilər işğalçılıq siyasətlərini davam etdirirlər”

11.10.17, 12:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Akif Nağı: “Ona görə də bu danışıqların aparılmasının heç bir nəticəsi yoxdur”

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri və keçirdikləri görüşlər yenə də arzuolunan olmadı. Çünki hər bir görüşü ermənilər özlərinin təbliğat vasitəsi kimi hesab edirlər. Həmsədrlərin verdikləri birgə bəyanatdan da aydın olur ki, onları razı salan həm Azərbaycan, həm də Ermənistan tərəfinin məsələnin danışıqlar yolu ilə həllinə tərəfdar olmasıdır”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda prezidentlərin görüşü də gözlənilir: “Həmsədrlər bunu bir müsbət nəticə kimi qeyd edirlər. Yəni rəsmi Bakı, Azərbaycan Xarici İşlər Nazirliyi də özlərinin açıqlamalarında göstərdi ki, ermənilər aprel döyüşlərindən sonra şərt qoyacaq. Guya Azərbaycan atəşkəsi pozub, hansısa hərbi əməliyyatlara meyillidir. Ermənistan şərtləri yerinə yetirmədiyinə görə, məcburdurlar ki, yenidən danışıqlar masasına otursunlar. Amma hərhalda yenə də predmet, konkret bir məsələ yoxdur. Beləcə, ermənilər öz mövqelərində qalır, işğalçılıq siyasətlərini davam etdirirlər. Ona görə də bu danışıqların aparılmasının heç bir nəticəsi yoxdur".

Bu xəbər oxundu
- - -