Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzulayırıq”

11.10.17, 13:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzuladıqlarını bildirib.
“Hürriyet"in verdiyi məlumata görə, Çankaya sarayında valilər toplantısında çıxış edən B. Yıldırım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul etdiklərini söyləyib. O, bölgədə və dünyada gərginliklərin artdığı bir dönəmdə Türkiyənin soyuqqanlı hərəkət edəcəyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda ittiham edilir.

Bu xəbər oxundu
- - -