Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İki türk ölkəsi arasında qovğa: hərbçilər sərhədə yeridildi

12.10.17, 8:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində hərbçilərin nəzarət etdiyi blokpostlar yerləşdirilib.
Bu barədə informasiyanı “Azadlıq” radiosu yayıb. Hərbçilərin burada 10 oktyabrdan post qurduğu bildirilib. Sosial şəbəkələrdə isə artıq Qazaxıstanın Qırğızıstanla sərhədə ordu yeritdiyi iddia edilib.
Qeyd edək ki, bundan öncə “Korday” sərhəd keçid məntəqəsində Qırğızıstanın sərhədi bağlanması nəticəsində böyük növbə yaranıb. Eyni növbələr Qırğızıstanla Qazaxıstan arasında yerləşən Çon Kapka, Ak-Jol və Ak-Tilek sərhəd-keçid məntəqələrində də meydana gəlib. Növbələrin yaranmasına digər səbəb Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının qonşu ölkədəki seçki ilə əlaqədar gücləndirilməsi haqqında qərar verməsi olub.
Qazaxıstan artıq sərhəd-keçid məntəqələrində qalan onlarla insanı qida və sığınacaqlarla təmin etməyə başlayıb.
Qazaxıstan-Qırğızıstan münasibətləri Qırğızıstan Prezidenti Almazbek Atambayevin qazax lider Nursultan Nazarbayevi ölkənin daxili işlərinə qarışmaqda günahlandırmasından sonra başlayıb. Atambayev Nazarbayevə xəbərdarlıq edərək, qırğız müxalifətinin liderlərindən heç birini qəbul etməməyə çağırıb. Qazaxıstan isə öz növbəsində Atambayevin sözlərini yalan və provokasiya adlandırıb.

Bu xəbər oxundu
- - -