Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“AŞ PA belə sənədlərlə heç nəyə nail ola bilməyəcək”

12.10.17, 10:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul edilən sənədlər də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməyən qüvvələrin əməlidir". Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. Deputat bildirib ki, bu cür sənədlərin qəbul edilməsinin digər səbəbi də həmin qüvvələrin Azərbaycana başqa üsulla təsir və təzyiq edə bilməməsidir: "Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllində kömək göstərib? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyyəsi də əmr formasına keçir. Lakin AŞ PA belə sənədlərlə heç nəyə nail ola bilməyəcək. Çünki, Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir. Bu cür qərəzli sənədlər qəbul edib ölkəmizə təzyiq göstərmək mümkün deyil".
Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib.

Bu xəbər oxundu
- - -