Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının toplantısında

13.10.17, 13:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib.
Şuradan “Xalq cəbhəsi” qəzetinə verilən məlumata görə, MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib.
Deputat Şuraya ünvanlanmış şikayətlərdəki bir sıra motivlərdən söz açıb.
Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Avropada, eləcə də dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı oktyabrın 11-dən 13-dək keçirilib.

Bu xəbər oxundu
- - -