Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezidentlərin görüşü Cenevrədə keçiriləcək

13.10.17, 14:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb.
XİN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək.
Qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyası sədrinin müavini, parlamentin xarici əlaqələr komissiyasının başçısı Armen Aşotyan da görüş barədə məlumatı təsdiqləyib.
Armen Aşotyan deyib ki, görüş məsələsi oktyabrın 12-si Respublika Partiyasının icra orqanının toplantısında qurumun sədri, dövlət başçısı Serj Sərkisyanla müzakirə olunub. Onun sözlərinə görə, görüş razılaşması ATƏT-in Minsk qrupunun Fransa, Rusiya, ABŞ-dan olan həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsinin ötən həftə İrəvanda və Bakıda apardığı danışıqlarda əldə edilib.

Bu xəbər oxundu
- - -