Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan mümkün olmayan şərtlər irəli sürürdü”

17.10.17, 10:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Mirzəzadə: “Ancaq sonra özü bu şərtlərdən imtina edərək danışıqlara getdi”

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşü Azərbaycanın diplomatik uğurudur”. Bunu deputat Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların keçirilməsi üçün mümkün olmayan şərtlər irəli sürürdü, ancaq sonra özü bu şərtlərdən imtina edərək danışıqlara getdi: "Ümumən götürdükdə Azərbaycanın mövqeyi qəbul edilir. Digər tərəfdən isə Azərbaycan dəfələrlə danışıqlara ortada konkret bir təklif olarsa, həmçinin Ermənistan tərəfdən konstruktiv mövqe olarsa, gedəcəyini bildirmişdi. İndi prezidentlərin danışıqları davam etdirmək və gərginliyi azaltmaq üçün addımlar atmaq barədə razılığa gəlməsi göstərir ki, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq əsas prinsip kimi götürülür və Ermənistan bu gün işğal kursunun davam etdirilməsinin ilk növbədə onun maraqlarına böyük zərbə olduğunun fərqinə varır". Deputat qeyd edib ki, nə qədər Ermənistan qoşunları Azərbaycan ərazisindədir, Ermənistan öz dövlətçiliyinin zəifləməsinin və problemlərinin çoxalmasının şahidi olacaq: "Hər halda Ermənistan dəfələrlə danışıqlardan sonra əldə edilmiş razılıqları pozmağa üstünlük verib və yaxın gələcək göstərəcək ki, Ermənistan konstruktivliyə nə dərəcədə hazırdır".
Millət vəkili Asim Mollazadə isə deyib ki, Azərbaycan sülh istəyir: “Lakin Ermənistan sülhə hazır deyil. Bu baxımdan düşünürəm ki, düşmən ölkə bu dəfə də hansısa ciddi addım atmayacaq". Deputat bildirib ki, zəruri məqamda Ermənistan yenə də danışıqlar prosesini pozacaq: "Çünki, Ermənistan danışıqlar masasına beynəlxalq təzyiqlər nəticəsində qayıdıb".

Bu xəbər oxundu
- - -