Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kürdlər Kərkükü həmişəlik itiriblər“

17.10.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Financial Times" yazır ki, bir ay əvvəl İraq kürdləri keçirdikləri referendumda əksər səs çoxluğu ilə müstəqilliyi dəstəkləmişdilər, amma indi İraq ordusu Kərkükə daxil olandan və binaların damındakı kürd bayrağını qopararaq yerinə İraq bayrağı taxandan sonra bu arzular, deyəsən çilik-çilik olub. Məqalədə deyilir ki, Bağdad hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında mübahisəli olan neftlə zəngin Kərkük şəhəri kürdlərin müstəqillik ambisiyalarının təməlini təşklil edirdi.
FT yazır ki, iqtisadi baxımdan Kərkükün neft mədənləri kürd dövlətinin yaradılması üçün həyati məna daşıyırdı. Lakin eyni zamanda bu etnik baxımdan qarışıq şəhər heç vaxt tamlığı ilə kürd şəhəri olmamışdı. FT yazır ki, bazar ertəsi Kərkükün küçələri ilə yeriyən İraq tanklarını şəhərin ərəb və türkman sakinləri salamlayıblar. Beləliklə, ərəb və türklmanların üzərində üç il davam edən kürd hakimiyyətinə son qoyulub. Məqalədə deyilir ki, indi ABŞ-ın təlimləndirdiyi və dəstəklədiyi iki qüvvə - İraq ordusu və kürd peşmərgələri üz-üzə gəliblər. FT yazır ki, bu bölgədə kürd-ərəb qarşısdurmasının şiddətlənməsi İŞİD-dən yenicə təmizlənmiş bölgəni təlatümə gətirə bilər.
Qəzet yazır ki, hazırda Bağdadda hamı Kürdüstan Demokaratik Partiyasının lideri və kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin nə deyəcəyini gözləyir. O, bundan əvvəl İraq hökumət qoşunlarının Kərkükə hücumunun ərəb-kürd müharibəsinə səbəb ola biləcəyi ilə hədələmişdi. "Hələlik hər şey nəzarət altındadır, amma qarşıdan gələn iki gün çox təhlükəli ola bilər. Əgər KDP vəziyyəti gərginləşdirmək istəsə, onda situasiya təhlükəli olacaq" - deyib bir İraq rəsmisi FT-yə.
Sosial mediada paylaşılan şəkillərdə Kərkükdən qaçan kürd uşaqları və öldürülmüş peşmərgələrin cəsədlərinin yanında gülərək şadlıq edən İraq əsgərləri görünür. Həmin İraq rəsmisi deyib ki, böyük fırtına qopub, lakin bu, heç də təkcə kürdlər və Bağdad arasında çarpışma deyil. Məsələ burasındadır ki, Kürdüstan Regional Hökumətinə daxil müxtəlif kürd siyasi partiyaları Kərkükün itirilməsinə görə bir-birlərini xəyanət və satqınlıqda ittiham edirlər. "Financial Times" yazır ki, İraq ordusunun hərbi uğuruna Kürdüstan Regional Hökumətindəki ikinci ən böyük partiya - Kürdüstan Vətənpərvər İttifaqı - PUK-un koalisiyadan çıxması kömək edib.
Məqalədə deyilir ki, bu regionun tarixində onilliklərlə kürd fraksiyaları arasında barışmaz düşmənçilyin daha bir manifestasiyası olub. Bu partiyalar bundan əvvəl də dəfələrlə bir-birlərinə qarşı xəyanətkar addımlarda bulunublar. Bunlardan ən rüsvayçısı 1996-cı ildə baş verib. O vaxt Bərzani öz partiyasının PUK-a qarşı vətəndaş müharibəsində üstün gəlmək üçün diktator Səddam Hüseynin qoşunlarını dəvət etmişdi. FT yazır ki, bugünə qədər də döyüşçü pereşmərgələr PUK və KDP partiyaları arasında bölünüblər. İndi bir çoxları Bərzanini referendum keçirdiyinə, xüsusən də Kərkükü bu referenduma qatdığına və kürdləri çətin duruma saldığına görə tənqid edirlər. Bu referendumun keçirilməsinə nəinki regional dövlətlər, hətta ABŞ-da qarşı çıxmışdı.
Referendumun keçirilməsi Türkiyə və İranı kürdlərə qarşı mübarizədə Bağdadla birləşdirib. Belə bir vəziyyətdə ABŞ bir-biri ilə çarpışan heç bir tərəfi dəstkləməyib. "Biz onların bir-biri ilə döyüşməsini istəmirik, amma biz tərəf də saxlamırıq" - deyib ABŞ prezidenti Tramp. FT yazır ki, İraq ordusunun əlinə keçən ərazilər faktiki olaraq PUK peşmərgələrinin döyüşsüz qoyub getdiyi mövqelərdir. Xəbərlərə görə, bəzi neft mədənləri perşmərgələrin əlində qalır. Bu ərazilər uğrunda döyüşlərin olub-olmayacağı hələlik bəlli deyil. "Kürdlər Kərkükü həmişəlik itiriblər” - deyib Durham Universitetindən Dana Nəvzər Cəf: “Biz 2014-cü ilin sərhədlərini itirmişik. İndi 2003-cü ilin sərhədlərinə qayıdırıq". Hələlik belə görünür ki, həm Bağdad, həm də Ərbil Kərkük neftinin borularla şimala axmasına mane olmaq istəmirlər. Türkiyənin Ceyhan portuna çıxan bu boru kəmərinə Kürdüstan Regional Hökuməti nəzarət edir.

Bu xəbər oxundu
- - -