Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”

20.10.17, 10:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən "MFM-lə öyrən" layihəsi çərçivəsində Milli Fikir Mərkəzinin ofisində Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversin məruzəçiliyi ilə seminar keçirilib.

Seminarı giriş sözü ilə MFM Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Mələk Hacıyeva açıb.
Sonra səfir O.Kervers çıxış edərək Milli Fikir Mərkəzinə öz təşəkkürlərini bildirib:
"Öncə istəyirəm ki, Niderland və Azərbaycan əlaqələri ilə bağlı qısa giriş edim. Ərazisi Azərbaycanın yarısı qədər, əhalisi isə 17 milyon nəfərdir. Bu o deməkdir ki, bizdə sıxlıq sizdən daha çoxdur.
Bizim Azərbaycandan fərqli olaraq neft və qaz kimi təbii sərvətlərimiz olmasa da, coğrafi mövqeyimiz, ölkə ərazisindəki çaylar iqtisadi sahədə bizim üçün üstünlük yaradır.
Niderlandın yerləşdiyi ərazi Avropa üçün çox vacibdir.
Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşduq. Məsələn, İngiltərə, Almaniya və s. Kiçik ölkələr üçün iqtisadi əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Sülh iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Müharibə isə əksinə..."
Səfir Niderland-Azərbaycan əlaqələrinin tarixi və bu günü haqqında da danışıb:
"1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra bizim ikitərəfli əlaqələrimiz yarandı. 2009-cu ildə isə Azərbaycanda səfirliyimiz quruldu və mən hal hazırda səfir səlahiyyətini həyata keçirən 4-cü şəxsəm. Əlaqələrimiz bu günə qədər də davam edir.
Ənənəvi olaraq bizim Azərbaycanla neft, energetika sahəsində də əlaqələrimiz var. Sizin ölkəniz kənd təsərrüfatına daha çox fokuslanıb. Niderlandın da bu sahədə çox böyük təcrübələri var. Bu sahədə Amerikadan sonra ikinci yerdəyik. Buna görə də bizim əlaqələrimizin olması vacib idi.
Bilirsiniz ki, biz Avropa İttifaqının aktiv üzvlərindən biriyik. 1999-cu ildən sonra ittifaqın Azərbaycanla da sıx əlaqələri olub".
Daha sonra O.Kervers gənclərin suallarını cavablandırıb.
Sonda Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə çıxış edib:"Cənab səfirə təşəkkür edirəm. Çıxışı çox maraqla dinlədim. Cənab səfirin Niderland haqqında təvazökarlıqla danışdıqlarına mən də öz əlavələrimi etmək istərdim. Niderland güclü iqtisadiyyata sahibdir, 2017-ci ildə infilyasiya 1,7 faiz olub. İşsizlik səviyyəsi isə 4,7 faizdir ki, bu da dünya üzrə ən aşağı göstəricidir.
Niderland bizim öyrənməli olduğumuz ölkələrdəndir. Bunları öyrənməklə biz öz ölkəmizin də perspektivləri haqqında düşünə bilərik. Ümumilikdə biz bir çox ölkənin nümayəndələri ilə görüşüb təcrübələrini öyrənir, həmçinin kitablar tərcümə edirik.
Niderland həm də beynəlxalq məhkəmənin olduğu ölkədir - Haaqa məhkəməsi. Eyni zamanda bu ölkə protestanlarla katoliklərin birlikdə, sülh içində yaşaya bildiyi nadir ölkələrdəndir. Biz istərdik ki, səfirliklər, beynəlxalq nümayəndəliklər Azərbaycanda tərəfsiz gəncləri tanısınlar. Biz dünyanı öyrənirik ki, Azərbaycana fayda verə bilək".
Qeyd edək ki, seminarda həmçinin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Siyasi Şöbəsinin müdiri Bricit Uolker və Belçikanın Azərbaycandakı səfirin müşaviri Denis Naets də iştirak edib.

Bu xəbər oxundu
- - -