Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fəxri xiyabanda Şövkət Ələkbərovanın xatirəsi anılıb

20.10.17, 11:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 20-də Fəxri xiyabanda tanınmış müğənni, Xalq Artisti Şövkət Ələkbərovanın xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 95-ci ildönümünə həsr olunub.
Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Şövkət Ələkbərovanın məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan anım mərasimində qurumun rəisi Vüqar Zeynalov muğam və lirik mahnılar ifaçısı Şövkət Ələkbərovanın ürəklərdə özünə abidə ucaltdığını söyləyib. Onun məlahətli səsinin xatirələrdən silinmədiyini, lent yazılarında əbədiləşdiyini deyib. İnsanların indi də bu qüdrətli sənətkarın oxuduğu “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamları, Azərbaycan bəstəkarlarının “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran”, “Dərələr” və s. mahnılarını unutmurlar.
Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin direktoru Sevda Məmmədova və digər çıxış edənlər onun möhürünü vurduğu mahnıların bu gün tələbələri tərəfindən xalqa çatdırıldığını, tanınmış və gənc sənətçilərin repertuarlarını bəzədiyini bildiriblər.
Sonda ailəsi adından çıxış edən Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova mərasimin təşkilatçılarına və ziyarətçilərə minnətdarlığını bildirib.

Bu xəbər oxundu
- - -