Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lavrovdan xəbərdarlıq

20.10.17, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"İranın nüvə proqramı ilə bağlı sazişi dəyişmək cəhdi bu sənədi dəfn edə bilər"


"İranın nüvə proqramı ilə bağlı sazişi dəyişmək cəhdləri bu sənədi dəfn edə bilər".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada nüvə silahının yayaılmaması ilə bağlı keçirilən konfransda bildirib.
"Hesab edirəm ki, İranın nüvə proqramı ilə bağlı razılaşmaya hər hansı bir dəyişiklik "altılıq" üzvlərinin və əlbəttə ki, İran İslam Respublikasının razılığını tələb edir. Avropalı həmkarlarım kimi, mən də əminəm ki, İranın nüvə proqramı ilə bağlı sazişi dəyişməyə edilən bütün cəhdlər strateji sabitlik və nüvə silahının yayılmaması sahəsində olan vacib razılığı dəfn edə bilər", - deyə Rusiya XİN başçısı qeyd edib.
Xatırladaq ki, İran ilə beynəlxalq vasitəçilər olan "altılıq" arasında (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik nüvə probleminin nizamlanması ilə bağlı tarixi saziş imzalanıb və birgə hərtərəfli fəaliyyət planı qəbul olunub. Nəticədə BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı tərəfindən İrana qarşı əvvəllər tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyaları ləğv edilib. ABŞ isə sanksiyaları bir qədər yumşaldıb.

Bu xəbər oxundu
- - -