Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli məclisin plenar iclası keçirilib

20.10.17, 13:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 20 məsələ daxil edilib. Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərə baxılıb. Bundan başqa, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə - Hüquq Şurası haqqında”, "Mədəniyyət haqqında", haqqında” və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılıb.
Müzakirə olunması nəzərdə tutulan 3 məsələ iclasının gündəliyindən çıxarılıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Mülki Prosessual Məcəlləsinin, İnzibati Prosessual Məcəlləsinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunların hazırlanmasında ləngimələr olduğuna görə iclasın gündəliyindən çıxarılıb.
“Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib ki, Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.
O bildirib ki, bu, hörmətsizlikdir: “Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, yeni medal olarsa, dizaynını Elmira Axundova verər.
Millət vəkili Qənirə Paşayeva Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucuları və fəallarından danışıb: “Onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. İstanbulda Feriköy məzarlığında cümhuriyyətimizin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə, orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi yoxdur.
Gələn il - 2 ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir.
Çox vacibdir ki, tarixi Feriköy məzarlığının girişində orada məzarı olan cümhuriyyət qurucuları və fəalları ilə bağlı bir abidə qurulsun və orada yatan bütün böyük şəxsiyyətlərimizlə bağlı məlumatlar verilsin. Eyni zamanda çox vacibdir ki, o böyük şəxsiyyətlərin məzarlarının üzəri yüksək səviyyədə düzəldilsin, xüsusi lövhələrdə hər bir şəxsiyyətimiz barəsində məlumatlar qeyd edilsin ki, ziyarət edənlər orada nə qədər böyük şəxsiyyətlərin məzarı olduğunu bilsinlər. Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin. Mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram".

Bu xəbər oxundu
- - -