Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Patriarx Kirill Azərbaycan prezidentinə məktub göndərib

20.10.17, 14:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Sizi və Azərbaycan Respublikasının bütün əhalisini Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Suverenliyin bərpasından ötən illər ərzində Azərbaycanda mühüm siyasi-iqtisadi dəyişikliklər baş verib. Aşkardır ki, ölkənin nailiyyətlərinin çoxu Sizin adınızla bağlıdır və bir sıra ümumi məsələlərin həllinə peşəkarlıqla, ölçülüb-biçilmiş şəkildə yanaşmanın nəticəsidir. İctimai həyatın harmonikləşdirilməsi işində Azərbaycanın ənənəvi dini birliklərinin möhkəmləndirici rolunu fərəhlə qeyd etmək istərdim. Ümidvaram ki, Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası arasında xoş qarşılıqlı münasibətlər daha da inkişaf edəcək. İnanıram ki, bu əməkdaşlıq cəmiyyətdə ötəri olmayan mənəvi-əxlaqi dəyərlərin möhkəmlənməsinə və insanların vətənpərvərlik tərbiyəsinə, sülh və vətəndaş həmrəyliyi mühitinin yaradılmasına bundan sonra da kömək edəcək. Bu bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına firavanlıq, ölkənin rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bu xəbər oxundu
- - -