Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ və Rusiya Suriyada vəkalət müharibəsi aparır“

23.10.17, 9:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Putinin imperalist və işğalçı siyasəti heç də uğurla davam etməyəcək”
Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə açıqlamasında bildirib ki, Suriya hökumət ordusu Məyadin şəhərini İŞİD terror təşkilatından geri alıb. Terrorçular silah və sursatlarını qoyub, şəhəri tərk ediblər. İŞİD-in qoyub qaçdığı silahların böyük partiyası NATO ordusuna məxsus silahlar olduğu ortaya çıxıb. NATO-nun silahlarının demək olar ki, böyük partiyası ABŞ silahlarıdı. Geridə qalan silah-sursatın içəndə tank əleyhinə silahlar, iri çaplı pulemyotlar, avtomat silahlar, PUA -lar var: “Göründüyü kimi, altı ildir terrora qarşı və silahlı müxalifətə qarşı yorulmaq bilməyən Suriya Ərəb ordusu Bəşər Əsədə sadiq qalaraq, ölkənin ərazi bütövlüyü və terrorizmə qarşı mübarizədə sadiqliyini göstərir. Qeyd edim ki, Qərbin Suriyada məzhəb siyasəti və guya xalqın Əsədə qarşı olduğu kimi təbliğat faş olmaqdadır. Qərb tərəfindən təbliğ olunan Suriyada Əsədin ələvi xalqın və ordunun sünnü olduğu kimi çox ciddi ayrı-seçkilik siyasəti 6 ildə fiaskoya uğradı. Həqiqətən ələvi kəsimin 90% sünnülər üzərində hakimiyyət olduğu ortadadır. Amma, bu, ölkədə ayrı-srçkiliyə yol açmayıb. Orduda dövlətin bütövlüyü naminə Əsdə sadiqliyini göstərir. Xüsusi olaraq qeyd edim ki, Suriya ordusunu ilk illərdə dağıtmaq və parçalamaq istədilər. Amma, buna nail ola bilmədilər”.
Hazırda Suriyada ABŞ və Rusiya vəkalət müharibəsi aparır. Ölkənin infrastrukturu dağılıb, xalqın böyük qismi xaricdə və daxildə acınacaqlı və köçkün vəziyyətində yaşayır. Müharibəyə qədər isə Suriya xalqı anti-demokratik sistem şəraitində idarə olunsa da, əhalinin sosial durumu normal idi və orta təbəqə formalaşmışdı.
Ümumiyyətlə, Suriyada başladılan üsyan və müharibə demokratiya naminə deyil idi. Məqsəd Əsədi devirib, ölkəni parçalamaq, xaos yaratmaq, İsrailin qonşuluğunda güclü hakimiyyəti devirmək, Təl -Əvivə qarşı olan Əsədi ortadan götürmək idi. Əlbəttə ki, Əsədi Qərbin əlindən Putin xilas etdi. Putinin siyasəti isə, Yaxın Şərqdə və dünyada heç də sülhə və təhlükəsizliyə xidmət etməyəcək: “Rusiya gücləndikcə, Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı təzyiqləri artacaq. Rusiyada LDP lideri Jirnovskinin ötən gün Azərbaycanı Rusiyanın tərkibində görmək istədiyi kimi fikirləri, artıq Rusiyanın Yaxın Şərqdə güclənməklə, Cənubi Qafqazıda öz təsir dairəsinə daxil etmək planından xəbər verir. Jirnovskinin dili ilə danışan Putinin siyasəti Rusiyanı parçalayacaq, nəinki, Azərbaycanı öz tərkibinə qatacaq. Putinin imperalist və işğalçı siyasəti heç də uğurla davam etməyəcək. Bir müddətdən sonra, Kreml tərkibində olan muxtar respublikaların mərkəzdən qaçma siyasəti ilə üzləşəcək. Yaxın Şərq və Suriya siyasəti Putinə hələlik dividentlər qazandırır”.

Bu xəbər oxundu
- - -