Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qurban Qurbanov: “Hər uğurlu seriya nə vaxtsa qırılmalıdır”

23.10.17, 11:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Rəqibi təbrik edirəm. Maraqlı oyun oldu. Futbolçularımın hamısından razı qaldım. Çətin olsa da, heyətdə rotasiya apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan Premyer Liqasının IX turunun son oyununda səfərdə “Qəbələ” ilə qarşılaşan ağdamlıların çalışdırıcısı 0:1 hesablı məğlubiyyətlə bitən oyundan sonra sualları cavablandırıb. “Məğlubiyyətdən xilas olmaq istəsək də, alınmadı. Uğurlu seriya davam edirsə, nə vaxtsa qırılmalıdı. Yorğunluq var, amma çalışıb, heyətimizi optimal formaya salıb, digər matçlara hazırlaşmalıyıq. Zədəlilərimiz var. Çox diqqətli olmalıyıq ki, həmin oyunçularımızın yoxluğu hiss olunmasın”.

- "Atletiko" ilə ağır oyunun bu matça təsiri oldu?
- Bəlkə də, müəyyən dərəcədə təsiri oldu. Heyətdə də bəzi dəyişikliklər etmişdik. Elə futbolçularımız var idi ki, hər iki oyunda meydana çıxdılar. Bu qarşılaşmada həddindən artıq psixolji gərginlik var idi. Ağır görüşdən sonra futbolçular istədiyi kimi hazırlaşa bilmir. Amma birinci dəfə deyil ki, bu vəziyyətlə üzləşirik. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğun nəticəsi idi.
- Buraxılan qolda ofsayd var idi?
- Gərək təkrara baxaq. Futbolda səhvlər olur. Bu cür oyunlarda həmişə ən gərgin olan insanlar hakimlərdi. Çalışırlar ehtiyatlı olalar.
- Bu gün ot çox sürüşkən idi...
- Əvvələr də nadir hallarda belə şeylər olurdu. Bu gün ot daha qısa idi əvvəlki dövrlərə baxanda. Bu sürətli oyun üçün yaxşıdı.
- Demək olar ki, "Qəbələ" geri döndü?
- Belə şeylərə heç vaxt fikir verməmişəm. Normal bir haldı. Heç vaxt arxayınlaşmamalıyıq ki, çətin vəziyyətə də düşməyək.

Bu xəbər oxundu
- - -