Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bərzani təslim olur - “Hər şeyə hazıram“

24.10.17, 8:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İraq Kürd Muxtariyyətinin baş naziri Bərzani Ərbil ilə Bağdad şəhərləri arasındakı problemlərin həlli üçün yeni bir səhifə açmağa hazır olduqlarını bildirib.
Baş nazir sadəcə davam edən hərbi əməliyyatların bu addımın önündə əngəl olduğunu deyib.
Məsud Bərzani isə iştirak etdiyi bir toplantıda jurnalistlərin suallarını cavablandırıb və Bağdad ilə problemləri konsitutsiya çərçivəsində həll etmək istədiklərini qeyd edib. O, bu mövzu üçün Bağdada bir heyət göndərməyə hazır olduqlarını söyləyib:
“Heyətin göndərilmə tarixini hələ ki müəyyən etməmişik. Bağdadın cavabını gözləyirik. Regional hökumət Bağdadla problemlərin konsitutsiya çərçivəsində həll edilməsinin tərəfdarıdır.
Təəssüf ki, hərbi əməliyyatların davam etməsi bölgələrin təhlükəsizlik və sabitliyinə ciddi şəkildə mənfi təsir göstərir. Eyni zamanda, iki tərəf arasında dialoqların başlanmasını əngəlləyir”.
Bu arada İraq Kürd Myxtariyyətində keçirilən referendumdan sonra peşmərgəyə hərbi dəstəyini kəsən Almaniya yenidən hərbi yardıma başlayıb.
Almaniyanın Müdafiə Nazirliyi peşmərgənin referendum sonrası alovlanan böhrana rəğmən, silah satışı təlimatını da ön plana çəkib.
Nazirlikdən verilən açıqlamada peşmərgəyə göndərilən silahların sadəcə İŞİD-lə mübarizədə istifadə ediləcəyinə dair təminat verilib.
Müdafiə Nazirliyinin sözçüsü savaş bölgəsində hər bir silahın harada olduğunu təqib etməyin mümkün olmayacağını, lakin kürdlərin federal hökumətə təminat verdiklərini qeyd edib.
Qeyd edək ki, Almaniyanın peşmərgəyə hərbi yardımları 13 oktyabrda dayandırılmışdı. Bu qərar bölgədəki gərginliyin hərbi səviyyəyə getməsi və siyasi qərarsızlıq səbəbilə verilmişdi.

Bu xəbər oxundu
- - -