Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sarayevoda konfrans keçirəcək

24.10.17, 11:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində "Balkanların Avropa gələcəyi" movzusunda konfrans keçirəcək. Bu barədə “Xalq Cəbhəsi”nə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, konfransda Avropaya inteqrasiya ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edəcək. Konfransda Çex Respublikasının sabiq Baş naziri Jan Fischer, Albaniyanin eks-prezidenti Sali Berisha, Makedoniyanin keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovski, Dunya Bankının sabiq vitse-prezidenti və İsveçrənin keçmiş xarici işlər naziri Mats Karlson, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlo, Bosniya və Herseqovina Parlamentinin spikeri Sefik Djaferovic, Serbiyanin xarici işlər naziri İvica Dacic və Monteneqronun xarici siyasət idarəsinə rəhbərlik etmiş Srdjan Darmanovic çıxışı nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -