Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk mədəniyyəti Braziliyada təqdim olunub

24.10.17, 11:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Braziliyada TÜRKSOY-un və Türkiyənin Mədəni İrs Fondunun təşkilatçılığı ilə türk dünyasına həsr olunmuş elmi konfrans keçirilib.
Braziliyanın federal parlamentində keçirilən tədbirdə Türkiyə, Azərbaycan və Qazaxıstan diplomatik korpusunun nümayəndələri iştirak ediblər. Tədbirin ilk hissəsində hər üç ölkənin səfirləri çıxış edib.
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov çıxışında ölkəmizin mədəni irsi barədə məlumat verib.
Senator Kristomas Rikardo Kavalkanti Buark qeyd edib ki, qədim türk mədəniyyəti müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynayıb. “Braziliyaya bu gün lazım olanlardan biri də Azərbaycan, Türkiyə və Qazaxıstandakı siyasi sabitlikdir”, - deyə senator vurğulayıb.
Konfransın bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.
Konfrans çərçivəsində Parlamentin sərgi zalında “Braziliyada türk irsi” mövzusunda fotosərgi açılıb. Sərgi noyabrın 3-dək davam edəcək.

Bu xəbər oxundu
- - -