Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Premyer Liqada X turun oyun cədvəli müəyyənləşib

25.10.17, 13:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib. Üç günü əhatə edəcək turun açılış matçında – oktyabrın 27-də “Azərsun Arena”da “Qarabağ” klubu “Səbail”i qəbul edəcək. Turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti qarşılaşmasında “Zirə” və “Qəbələ” klubları Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər. Turun son günündə “Bakcell Arena”da “Neftçi və “Sumqayıt” klubları qarşılaşacaqlar.
Qeyd edək ki, turnir cədvəlinə isə 19 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ”də 19-xalı olmasına baxmayaraq ikinci pillədədir. Üçüncü yerdə 18 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (13), "Neftçi" (10), "Səbail" (9), "İnter" (8) və "Kəpəz"(4) yer alıb.

Bu xəbər oxundu
- - -