Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güləşçilərimiz “Yuqra Kuboku” turnirində iştirak edəcək

26.10.17, 11:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə güləş üzrə “Yuqra Kuboku” beynəlxalq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcəklər. Oktyabrın 28-də start götürəcək turnir iki gün davam edəcək. Məşqçilər Vahid Məmmədovun və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. Oktyabrın 28-də 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bir gün sonra isə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçilər xalça üzərinə çıxacaqlar.

Bu xəbər oxundu
- - -