Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qəbələ”nin U-14 komandası Litvada

26.10.17, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qəbələ” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. “Qırmızı-qaralar” Litvanın paytaxtı Vilnüsdə keçiriləcək “Ateitis Cup” turnirində qüvvəsini sınayacaqlar. Ülfət Mədətovun baş məşqçisi olduğu komanda oktyabrın 27-29-da keçiriləcək turnirə 18 futbolçu ilə yollanacaq. “Qəbələ” turnirin “C” qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” Finlandiyanın “Maski”, Belarusun “Smena”, Litvanın “Vilnüs” və Latviyanın “Dauqavpils” komandaları ilə eyni qrupda çıxış edəcəklər. İlk oyun günündə futbolçularımız Litva və Latviya təmsilçiləri ilə üz-üzə gələcək. “Qəbələ” oktyabrın 28-də “Maski” və “Smena” ilə qarşılaşacaq. Qrupda ilk üç yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər.

Bu xəbər oxundu
- - -