Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranla gömrük məntəqələri 24 saatlıq rejimə keçə bilər

27.10.17, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan və İran arasında gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 27-də Komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. DGK sədri qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
M.Kərbasian isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, gömrük sferasında həyata keçirilən son islahatlar və əldə edilən uğurlardan məmnunluqla söhbət açıb və bu kimi tədbirlərin iqtisadi və ticari əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunan Məsud Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib. İranlı nazir, eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Bu xəbər oxundu
- - -