Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tiflisdəki Azərbaycan teatrı beynəlxalq festivala qatılacaq

27.10.17, 12:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalına qatılacaq.
Teatr festivalda gürcü yazıçı Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.
Azərbaycan teatrının beynəlxalq festivalda iştirakına Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi dəstək verib. Teatrın festivalda təqdim edəcəyi tamaşada teatrın aktyorları ilə yanaşı, baş rolda türkiyəli aktyor Necati Zengin də oynayacaq.
Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladzedir.

Bu xəbər oxundu
- - -