Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Elektron imza sertifikatının onlayn sifarişi sadələşdirilib

31.10.17, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Sertifikat Xidmətləri Mərkəzi Azərbaycanın ayrı-ayrı bölgələrindən edilən müraciətləri nəzərə alaraq Elektron-imzanı əldə etmək üçün onlayn müraciət sistemini daha da sadələşdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, vətəndaşlar, fiziki və hüquqi şəxslər Elektron imza sertifikatını Qeydiyyat Mərkəzlərinə getmədən “Elektron hökumət” portalından yaxud e-imza.az saytından onlayn müraciət edərək sifariş edə bilərlər. Bunun üçün ilk növbədə “Elektron hökumət”portalına (www.e-gov.az) daxil olub "E-xidmətlər" menyusundan “Bütün xidmətlər” bölməsini seçmək lazımdır. Sonra qurumların içərisindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi seçilir və xidmətlər arasından “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” xidməti seçilir.
Qeyd edək ki, vətəndaş sifariş etdiyi elektron imza sertifikatını "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən ala bilər. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün regionlarında mövcuddur. Sertifikatı götürmək üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması vacibdir. Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi Elektron imza sertifikatını 2 daşıyıcıda təqdim edir. Smart Kart daşıyıcıda – Elektron imza sertifikatları kartda təqdim olunur. USB daşıyıcıda – Elektron imza sertifikatları USB formasında olan (fləş karta oxşar) Tokenlər vasitəailə təqdim olunur. Elektron imza sifariş edən vətəndaş sifariş edəcəyi sertifikat daşıyıcını müəyyənləşdirdikdən sonra (Smart Kart, yaxud USB token) birini seçib, ödəniş edərək müraciətini göndərir. Onu da qeyd edək ki, Smart Kartı seçmiş vətəndaş kart oxuyucunu da həmin səhifədən sifariş edə bilər. USB Token isə kompyuterə birbaşa qoşulduğundan kart oxucuya ehtiyac yoxdur.

Bu xəbər oxundu
- - -