Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı İncəsənət Festivalı teatra yeni baxış formalaşdırır“

01.11.17, 10:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

YARAT Müasir İncəsənət Məkanında “M.A.P” Bakı İncəsənət Festivalına həsr olunan mətbuat konfransı keçirilib.
YARAT-ın bədii və strateji direktoru Björn Geldhof bildirib ki, bu festival vasitəsilə teatra yeni baxış tərzi formalaşır: “Bədii proqramlarla yanaşı, müxtəlif sərgilər vasitəsi ilə insanlara teatr haqqında məlumat veririk. Bu bizim üçün ilk fürsətdir ki, teatr haqqında ictimaiyyətə daha geniş məlumat çatdıraq. Bənzəri və oxşarı olmayan layihə müxtəlif sənət janrlarını ehtiva edir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq. Ümid edirəm, bu sahədə atılan addımlar gələcəkdə daha geniş şəkildə davam edəcək”.
Tədbirin təşkilatçılarından olan “Bakcell” şirkətinin baş direktoru Nikolai Beckers, layihənin kuratoru Ülviyyə Axundova festival haqqında geniş məlumat verib, onun mədəniyyət aləmi üçün əhəmiyyətindən danışıblar. Tədbirdə bildirilib ki, teatr xadimləri vaxtilə düşünməzdilər ki, xalqın əksər hissəsi teatra tam laqeyd olacaq və onlar sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar. Festivalın məqsədi insanları teatra daha yaxın etməkdir.
Qeyd edək ki, “M.A.P” Bakı İncəsənət Festivalı “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Festival bu gündən başlayıb.

Bu xəbər oxundu
- - -