Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tehran zirvəsi baş tutdu

01.11.17, 17:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı razılığın əldə olunub

Dünən Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi, təhlükəsizlik, ekstrimizmə və terrorizmə qarşı mübarizə, sənaye, enerji, təhsil, səhiyyə, transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün sonunda Azərbaycan, İran və Rusiya prezidentlərinin birgə bəyannaməsi qəbul olunub.
Görüşdən sonra mətbuat üçün brifinq keçirən dövlət başçıları danışıqların yüksək səviyyədə keçdiyini, Azərbaycan-İran-Rusiya üçtərəfli formatının regionda sülhə, təhlükəsizliyə böyük töhfə verəcəyini bildiriblər.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı razılığın əldə olunduğu vurğulanıb. Eyni zamanda qeyd olunub ki, tərəflər enerji sahəsində də yaxından əməkdaşlıq edəcəklər.
Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada keçiriləcək.

Bu xəbər oxundu
- - -