Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vəliəhd-Şahzadənin “Mötədil islam” ismarışına təpki

02.11.17, 9:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk analitikiləri Səudiyyə Ərəbistanının radikal vəhhabilikdən qurtula bilməyəcəyini düşünür

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Səlmanın ölkəsini mötədil İslam dövlətinə çevirmək istəyi Qərb tərəfindən rəğbətlə qarşılana bilər, amma Türkiyədə, xüsusilə islamçılar bu “həbi” udmayıb və buna "İslam dünyasına qarşı səltənətin ABŞ-la birlikdə imperiya planı” kimi köhnə şübhə ilə baxırlar. ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell hələ 2004-cü ildə Türkiyəni "mötədil İslam Respublikası" elan edəndən bəri “mötədil İslam” anlayışı, türk dünyəviçiləri və islamçıları arasında mübahisə mövzusu olub.
“Strateq” “Al-Monitor”a istinadən yazır ki, 11 sentyabr 2001-ci il hadisəsindən sonra Vaşinqton İslam dünyasında görmək istədiyi, müasirliyi əks etdirən, radikal İslam əleyhinə bir model axtarırdı. Türkiyə – İslamçı hökumət tərəfindən hələ də idarə olunan bu modelə uyğun yeganə ölkədir. Lakin dünyəviçilər və islamçılar arasında artan gərginliklə Pauell rəyini şübhəyə alır.
Xatırladaq ki, o dövrdə Türkiyənin prezidenti Əhməd Necdət Sezər də dövlət katibinin açıqlamasına qəzəblənmişdi: "Türkiyə nə İslam respublikasıdır, nə də mötədil İslam nümunəsi". Türk islamçılar isə Pauellin açıqlamasını İsrailin dəstəyi ilə İslamı zəiflətmək cəhdi olduğunu iddia etmişdi.
Şahzadə Məhəmməd Səudiyyə Ərəbistanını mötədil İslam dövlətinə çevirmək barədə açıqlamasını həm AKP-çi, həm də dünyəvi köşə yazıçıları hədəfə alıblar. Gündəlik “Hürriyet”in köşə yazarı Ertuğrul Özkök yazıb ki, “Ərəb dünyasında gerçək bahar Atatürkün bütün İslam aləminə göstərdiyi parlaq yolun başa düşüldükdə gələcək".
Digər tərəfdən, hökumətyönlü “Yeni Şafak”ın baş redaktoru İbrahim Karagül şahzadə Məhəmmədin sözlərinə dair yazıb: “Səudiyyə Ərəbistanının "Biz İslamın mötədil səviyyəsinə keçəcəyik" şərhində təhlükəli bir oyun var. ABŞ-İsrail oxu yeni cəbhə xəttini meydana gətirir". O, yazıb ki, məqsəd sünni-Ərəb dünyasını bu oxa istiqamətləndirməkdir. Karagül, Türkiyə ilə bağlı bənzər layihənin müvəffəqiyyətsiz olduğunu iddia edərək, xəbərdarlıq edib ki, "Səudiyyə Ərəbistanı indi eyni vəzifə ilə yüklənir" və bu ölkənin "intiharı" deməkdir.
Ankara hökumətinin maliyyələşdirdiyi Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin ümumi koordinatoru Burhanəddin Duran da vəliəhd Məhəmmədin bəyanatını Körfəz bölgəsi üçün daha geniş bir layihəni əks etdirdiyinə inanır. "ABŞ, İsrail və Misir, İranın yayılmasının təsirli elementi olan şiə militanlarla mübarizə aparmaq üçün ideoloji əsas hazırlayır", – Duran hökumətyönlü "Sabah" qəzeti üçün bir məqaləsində iddia edib. Duran əlavə edib ki, Səudiyyə Ərəbistanı bundan sonra dünya və Qərblə uyğun bir İslam təbliğ edəcək, lakin Məhəmmədin baxışı "demokratikləşmə" demək deyil. Onun sözlərinə görə, bu, Səudiyyə sisteminin imkan verəcək dərəcədə sərbəst liberallaşma cəhdidir və qadınların sürücülük qadağasının qaldırılması buna işarədir.
"Mötədil İslamı İranın qarşısını almaq üçün yalnız ideoloji aparatdır". İstanbul Universiteti İslam tədqiqatları fakültəsinin dosenti Mehmet Əli Büyükkara hesab edir ki, həmçinin "mötədil İslam" anlayışı Birləşmiş Ştatların "Böyük Yaxın Şərq Layihəsi"nin bir hissəsidir. Yarırəsmi Anadolu Xəbər Agentliyindəki məqaləsində, o, yeni anlayışın Vaşinqtonun mərkəzi və cənub Asiyada, o cümlədən Yaxın Şərqdəki siyasi və iqtisadi əsaslı imperial məqsədlərinə xidmət etməsi olduğunu iddia edib.
Böyükkara əlavə edib ki, “mötədil İslam” anlayışı 1744-cü ildən etibarən vahhabi rəhbərliyi olan Səudiyyə Ərəbistanı üçün anlamsızdır. O, iddia edib ki, İranın 1979-cu ildəki İslam İnqilabı deyil, məhz vahhabilik ideologiyası Səudiyyə Ərəbistanında radikalizmi doğurub. Dünyəvi tarixçi və köşə yazarı Murat Bardakçı, həmçinin, Səudiyyə Ərəbistanı üçün “mötədil İslam” anlayışının yanlış olduğunu və bir gün ərəblərin Atatürkünün doğulacağını iddia edib.
“Habertürk” qəzetindəki məqaləsində Bardakçı, İslamın gündəlik həyatın ayrılmaz bir parçası olduğu ölkədə Atatürk və ya Türkiyənin dünyəvi sisteminə heç bir sevginin olmadığını söyləyib. “Səudiyyə Ərəbistanında – vəhhabiliyin və sələfiliyin hakim olduğu dövlətin Atatürkün düşüncəsinə uyğun yenilənəcəyini düşünmək zarafat olardı”.
Ankarada hökumət şahzadənin sözlərinə səssiz qaldı, lakin AKP-nin mövqeyini xarici işlər üzrə parlament komitəsinin üzvü Ravza Kavakçı ifadə edib. Kavakçı varisin bəyanatını belə şərh edib: "Türkiyənin müttəfiqi olaraq təsvir etdiyi Səudiyyə Ərəbistanı daha demokratik olacaq və qadın hüquqlarını da əhatə edən insan hüquqlarına hörmət göstərəcəkdir".
Bu mübahisələrin mahiyyətinə baxmayaraq, Türkiyənin təpkiləri hələ də Ankaranın sadə hərəkət etməyəcəyini bir daha göstərir. Şahzadə Məhəmməd isə sıradan bir adam deyil. O, tezliklə Səudiyyə Ərəbistanının yeni hökmdarı olacaq. Ankara regionda daha çox gözlənilməz vəziyyətlərlə üzləşə bilər.

Bu xəbər oxundu
- - -