Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Daşkənddə Eluca Atalının iki kitabının təqdimatı olub

02.11.17, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının özbək dilində çap edilən “Özünü gətir” və Bakıda Azərbaycan dilində işıq üzü görən “Tiqranizm Xocalıda” kitablarının təqdimatı olub.
Tədbirdə tanınmış şair, yazıçı və alimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.
AMM-nin direktoru Samir Abbasov Eluca Atalının yaradıcılığı haqqında məlumat verib. O deyib ki, yazıçının indiyədək Azərbaycan, Türkiyə, İsveç, Özbəkistan və digər ölkələrdə hekayə, roman, esse, şeir, dram əsərləri və digər janrlarda 18 kitabı çap olunub. Müəllif 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri bədiləşdirib oxuculara çatdırır.
Kitabın tərcüməçisi Şermurad Subxon Eluca Atalı ilə əməkdaşlığından söhbət açıb, bundan sonra da bu istiqamətdə əlaqələrin davam edəcəyini bildirib.
Eluca Atalı “Daşkənddə çap edilən “Özünü gətir” və Bakıda dərc olunan “Tiqranizm Xocalıda” kitablarının təqdimatını keçirdiklərinə görə S.Abbasova minnətdarlıq edib, İsveçdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətindəki fəaliyyətindən danışıb.

Bu xəbər oxundu
- - -