Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampın daha bir komanda üzvünə qarşı cinayət işi açıla bilər

06.11.17, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Guardian" qəzeti yazır ki, ABŞ-da xüsusi prokuror Robert Mueller prezidentTrampın keçmiş milli təhlükəsizlik müşaviri Mixail Flynnə və onun oğluna qarşı cinayət işi qaldırmaq üçün kifayət qədər dəlillərə malikdir. Mueller Tramp komandası ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdırır. Bir neçə mənbəyə istinad edən NBC xəbər verir ki, Muellerin komandası çirkli pulların yuyulması və dövlət orqanlarına yalan məlumat verilməsi kimi ittihamları irəli sürə bilər. Söhbət həm də Flynnin milyonlarla dollar rüşvətin müqabilində Türkiyə prezidentinin bir "opponentinin" Amerikadan çıxarılmasından gedir.
Bu xəbərləri dərhal təsdiq etmək mümkün olmayıb. Oğul Flynnin vəkili Barri Koburn şərh verməkdən imtina edib. Oğul Flynn rəsmi şərh verməsə də Tvitterdə yazıb ki, "sosial ədalət cəngavərləri" yenə də onun ovuna çıxıblar, amma onu həbsxanaya göndərə bilməyəndə möhkəm pərt olacaqlar.
"The Guardian" yazır ki, Trampın keçmiş kampaniya rəhbəri Paul Manafort və onun biznes şəriki Rick Gatesə cinayət işi qaldırlandan və prezidentin keçmiş xarici işlər müşaviri George Papadopoulosun ifadə verməyə hazırlaşdığı barədə xəbərlər yayılandan sonra respublikaçılar və Ağ Ev Mueller üzərinə təzyiqi artırıblar. Mueller isə öz növbəsində Manafortun üzərinə təzyiqləri artırmaqla məşğuldur. Buna baxmayaraq Nümayəndələr Palatasının respublikaçı spikeri Paul Ryan deyib ki, Mueller nə vəzifəsindən uzaqlaşdırıla, nə də istefa verə bilər. O deyib ki, peşkarlara öz işlərini normal şəraitdə görmək imkanı tanınmalıdır.
"Mən düşünmürəm ki, o işdən çıxarılmalı və ya istefa verməlidir"- Ryan Fox News kanalına deyib.
Flynn cəmi 24 gün ərzində Trampın milli təhlükəsizlik müşaviri ola bilib. O, Rusiya diplomatı ilə kommunikasiyaları barədə vise-prezidentə yanlış məlumat verdiyinə görə vəzifəsindən azad edilib. NBC xəbər verib ki, Flynn və onunla birlikdə işləmiş oğlu Mixail G Flynn şərh verməkdən boyun qaçırıblar. Xüsusi prokuror Robert Muellerin də komandası şərh verməyib.

Bu xəbər oxundu
- - -