Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bəhreyn öz vətəndaşlarını Livandan geri çağırır

06.11.17, 11:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Telegraph" yazır ki, Bəhreyn regional sünni gücləri və İran arasında getdikcə qızışan qarşıdurma əsnasında öz vətəndaşlarına Livanı tərk etmək göstərişi verib. Hazırda Livan hökuməti bu qarşıdurmaya görə iflas həddinə çatıb. Bəhreynin Xarici İşlər Nazirliyi Livanın baş naziri Saad əl-Həririnin gözlənilmədən istefa verməsindən narahatlıq ifadə edib. Bəhreyn Səudiyyənin hegemonluq etdiyi Körfəz Əməkdaşlıq Şurasında bir qayda olaraq anti-İran ritorikasının ifadəçisi sayılır.
"The Telegraph" yazır ki, Bəhreynin öz vətəndaşlarına Livanı tək etmək əmrini verməsi İran və Səudiyyə arasında çoxcəbhəli qarşıdurmanın bir daha güclənməsindən xəbər verir. Cənab Həriri vəzifəsindən istefa etdiyini Səudiyyədə elan edib. O bu ölkəyə şəxsi təhlükəsizliyi üçün gəldiyini bildirir. O iddia edir ki, İran tərəfindən ona qarşı sui-qəsd cəhdi olub. O, İranı Livan siyasətinə müdaxilə etməkdə və bu ölkəni girova çevirməkdə ittiham edib.
Həriri deyib ki, Livanda yaranmış hazırkı situasiya 2005-ci ili xatırladır. O vaxt onun atası, baş nazir Rafiq əl-Həriri avtomobil partlayışında həlak olmuşdu. İranın Xarici İşlər Nazirliyi bildirib ki, Həririnin istefası Səudiyyə və İsrailin birgə qurduğu planın tərkib hissəsidir. Tehran Livan baş nazirinin həyatına sui-qəsd cəhdi ilə hər hansı əlaqəsi olduğuna dair iddianı rədd edib. Livanın şiə Hizbullah lideri Sayyed Həsən Nəsrullah Səudiyyəni Həririnin istefasını təşkil etməklə Livanın daxili işlərinə qarışmaqda ittiham edib.
Məqalədə deyilir ki, Livan İran və Səudiyyə arasında siyasi çəkişmənin meydanına çevrilib. Bu ölkədə böyük siyasi qüvvə olan Hizbullah Tehran tərəfindən dəstəklənir. Hizbullahın müttəfiqi sayılan prezident Micel Aoun deyib ki, baş nazir ölkəyə qayıtmayınca onun istefasını qəbul etməyəcək.

Bu xəbər oxundu
- - -