Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Artıq Rusiyanı Ədoğana qarşı kökləmək asan deyil”

06.11.17, 11:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aleksandr Duqin: “İqtisadiyyatınızı qurtarmaq üçün B planınız hazır olmalıdır”

Türkiyənin "Haberturk" qəzetinin əməkdaşı Nalan Koçakın Aleksandr Duqindən aldığı çox maraqı və sensasion iddialarla zəngin olan müsahibəni oxucularımıza təqdim edirik

– Rəsmi vəzifəniz yoxdur. Sizi necə təqdim edək? Putinin məsləhətçisi, yoxsa baş strateqlərindən birimi?
– Mən, hər şeydən əvvəl filosofam. Təsirli olmağımın, onu yaratmağın ən yaxşı yolu, gücü fikirlərimdir. Hökümətlə də fikirlərim vasitəsi ilə, onun köməyi ilə əlaqə qururam.
– Rusiyanın xarici siyasətinə təsir edənlərdən biri olduğunuz söylənir.
– 90-larda nə dediyimlə Putinin vəzifəyə gəldikdən sonra nələr etdiyini müqayisə edin. Oxşar çox şeylər tapacaqsız. Fikirlərimi çatdırmağın dəyişik və çox yolları var, Putinlə şəxsi görüşmələr bunlardan biridir.
– "Independent" qəzeti sizin haqda “Çox dahi bir filosofdur, ancaq çılgınlıqla dahiliyin arasında qalıb" yazıb. Bununla razısız?
– Başqalarından fərqlı şeylər söyləyəndə, o dəqiqə adama dəli ləqəbini qoşurlar. Əgər normallıq sıxıcılıqdırsa, mən dəli kimi görünməyə üstünlük verirəm.
– Sizin adınızı Türkiyədə Doğu Perinçeklə də çox hallandıranlar var…
– Ona saygı duyuram. Çox dahi bir siyasətçidir. Türkiyədə haqq etdiyi dəyəri almadı. Türkiyəni əvvəllər həmişə Rusiyanın düşməni olaraq düşünürdüm. Amma Perinçek və 2000- ci illərin əvvəlində danışdığım ona yaxın hərbi heyət fikrimi dəyişdirdi. Tamam başqa bir Türkiyəni – Kamalist, müstəqil, NATO-nun maşası olmayan bir ölkəni kəşf etdim.
– Hələ də Perinçekin haqq etdiyi dəyəri almadığını düşünürsüz?
– Perinçek həbs edildi. 15 iyul çevriliş gecəsi çox konkret idi, bunu dedi: “Pis adamlar yaxşı adamları məğlub etməyə çalışır”. Çevrilişə qarşı mücadilə etdi. Təbii ki, indi daha artıq sayğı görür. Fikir ayrılıqları var, ancaq cənab Ərdoğana, dövlətinə çox bağlıdır. Əgər Perinçeki Türkiyənin dərin dövlətinin adamı olaraq təqdim edirsinizsə, mən də öz ölkəmin vətənsevər dərin dövlətini təmsil edirəm. (Türkçə söyləyir) Bu, paralel dövləti deyil.
– Sizcə, Türkiyənin Qərblə ittifaqının sonundurmu?
– Əminliklə deyirəm, bəli. Iraqın işgalı və ABŞ-la yaşanan böhrandan sonra Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb Türkiyəni yanına almaq istəmir. ABŞ kürdləri dəstəkləyərək Türkiyə dövlətinə təhdid formalaşdırır. Baxın, Ərdoğan həm müsəlmanlar, həm də Qərblə ittifaq qurdu. Sonuç nə oldu? Çevriliş cəhdi…
ABŞ çevrilişi, islamçı ideologiyanı, FETÖ-nu yönləndirdi. Davudoğlunun Suriya siyasəti də bir başqa cəhd idi. Hazırda isə işlərin gəldiyi noqtə Ərdoğana Qərblə səmimi əlaqələrin bitdiyini, mümkün olmadığını göstərdi.
– "Rusiya Türkiyəni NATO-dan uzaqlaşdırmaqla öz təsir dairəsinə almağa çalışır" fikirini önə sürənlər də var.
– Putin Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb Türkiyəni kənara itələyir. Ərdoğanı çevrilişlə devirməyə çalışdılar.
– Nədən?
– Çünki Ərdoğan təyyarə olayı məsələsinə görə üzr istəmişdi. O, Rusiya ilə əlaqələri bərpa etməyə və daha güclü inkişaf etdirməyə can atdı. Bu da Qərbin gözündə onlara xəyanət idi.
– Yəni Putinlə yaxınlaşma çevrilişə səbəb oldu?
– Həm o, həm Ərdoğanın müstəqil siyasəti. Ərdoğan nə qədər çox müstəqil olmaq istəyirsə, o qədər də çox Qərbin hədəfi olur, olacaq. Əgər Türkiyə güclü olmaq, vahid ölkə kimi qalmaq istəyirsə, bunu Qərb düşərgəsinin içində edə bilməz, bilməyəcək. Məclisə o bombaları Rusiya yağdırmadı, unutmayın.
– "Təyyarə olayı"ndan (Türklərin Suriya sərhədində rus qırıcısını vurması hadisəsi nəzərdə tutulur-red.) sonra iki ölkənin əlaqələrinin normallaşmasında böyük rolunuzun olduğu da çox yazıldı. Detalları aça bilərsinizmi?
– Perinçekə yaxın hərbçilərdən ibarət bir heyət təyyarəmizin vurulmasından sonra Rusiyaya gəldi.
– Aralarında İsmail Haqqı Pekin də vardı…
– Bəli. Həmin heyət təyyarəmizin vurulma əmrini Ərdoğanın vermədiyini dedi. Bildirdilər ki, bu, hökümət içərisində Qərb tərəfdarı olan bir qrupun xəyanətidir. Türkiyənin səfiri də məndən Rusiya ilə rabitə kanalını açılması üçün yardım istədi. Rusiya bundan sonra türk tərəfinin söylədiyi iddiaları araşdırdı. Daha sonra martda Ankarada Ərdoğana yaxın şəxslərlə görüşdüm. Ərdoğanın Putinə məktubundan sonra Türkiyəyə də getdim. Məqsədim “Diqqətli olun, tədbir alın, bu tələni quranlar hərəkətə geçəcək” demək idi. Sonra da məlum çevriliş cəhdi oldu.
– Putini Ərdoğan məsələsində inandıran siz idiniz?
– Bəli, yardımlarım oldu, çünki savaşın eşiyinə gəlmişdik! Amma prezidentimiz elə asanlıqa inandırılacaq biri deyil. Putin rasional və realistdir. Əgər bəzi məsələlərdə subut varsa, dəyərləndirir.
– CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) çevriliş üçün 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Sizcə, niyə uğursuz oldular?
– Çünki türk ordusunu çox ciddiyə almadılar. "Ergenekon" və "Balyoz"dan sonra orduda Ərdoğanı dəstəkləyəcək kimsənin qalmadığını düşündülər. Ancaq ordudakı Kamalistlər Ərdoğanı dəstəklədi. CIA ayrıca o gecə Rusiya və Türkiyə arasındakı rabitəni də kəsməyə çalışdı.
– Niyə?
– Çünki o anlar Putini Türkiyəyə qarşı mövqe sərgiləməsi üçün çox dilə tutdular. Ərdoğandan başqa bir liderin daha yaxşı olacağını, daxili savaş çıxacağını və Rusiyanın bu savaşı öz lehinə istifadə edə biləcəyini söylədilər. CIA bunun üçün Putinin ətrafında olan bəzi güclü şəxsləri də hərəkətə keçirmişdi. Ancaq Putin onlara inanmadı. Əgər əksi baş versəydi, bu, Türkiyənin sonu demək idi. Daha öncə də dedim, çevrilişdən sonra kürdlər də üsyan çıxaracaqdı, bunun hazırlığı da görülmüşdüı.
– Yenidən belə bir çevriliş cəhdi ola bilərmi?
– Məncə, olmaz. Başqa yollar axtaracaq, sınaqdan çıxaracaqlar. Çünki hələ yüksək mövqelərdə vəzifə tutan CIA-ya bağlı şəxslər var, amma onların təşkilatlanması asan deyil.
– FETÖ-nün limiti doldurduğunu və ABŞ-ın yeni bir alət-təşkilatdan istifadə edəcəyini deyirsiz. Bu, necə olacaq?
– Bir çox faktordan yararlanaraq, bir strategiya panladıqlarını düşünürəm. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elitada Ərdoğana qarşı rahatsızlıq yaratmaq və s… Amerikalılar bütün zəif nöqtlərdən istifadə etməyə çalışacaq.
– ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab davasını da bu çərçivədən dəyərləndirə bilərik?
– Əminliklə deyirəm, bütün imkanlardan təsir vasitəsi kimi istifadə edəcəklər. Daim hücum altında olacaqsız. İrana, Rusiyaya sanksiyalar qoyulub, bu proses yenə də davam edir. O qədər əminəm ki, Türkiyəyə də sanksiya tətbiq edəcəklər. İqtisadiyyatınızı qurtarmaq üçün B planınız hazır olmalıdır.
– Səfir Karlova sui-qəsd təyyarə olayı ilə başlayan prosesin davam idi?
– Əlbəttə. Rusiyanın təpkisi bu dəfə fərqli oldu. Bir anlıq düşünün, səfir öldürülür və Rusiya heç bir şey etmir. Çünki hər şey çox açıq idi. Əsl hədəf səfir deyildi, Ərdoğan idi. Bunu CIA-mı etdi?! Düzü, bilmirəm, amma FETÖ-nun etdiyi açıqdı. Ərdoğana güvənirik, artıq Rusiyanı Ədoğana qarşı kökləmək asan deyil.
– “Türkiyə Qərbin tək alternativ olmadığını gördü” dediniz. O müddətdə "Ergenekon" və "Balyoz" başladı. O davalar bu qrupları FETÖ əli ilə üzə çıxarmaq üçün edildi?
– Əlbəttə.
– Adınız iddianamədə keçirdi…
– Çünki Türkiyədə mənim də görüşdüyüm bəzi avrasyaçı fraksiyları hədəfə alırdılar. Rusiya ilə əlaqələri kəsməkdə məqsəd başqa idi. "Ergenekon"dan öncə təkcə Perinçeklə deyil, Süleyman Dəmirəl, Rauf Denktaş kimi şəxslərlə də görüşdüm.
– Çevriiş cəhdi zamanı Ankarada idiniz. Bir gün əvvəl isə “Türk ordusunda bir hərəkətlilik” olduğunu Ankaraya söylədiniz. Məlumatl haradan almışdınız?
– Bəzi şeyləri demək doğru deyil. Amma təbii ki, rus kəşfiyyatı var. Aldığım informasiyanı doğru analiz etdim.
– O gün nələr yaşadınız?
– Çevriliş gecəsi Türkiyədən ayrıldım. Esenboğa Hava Limanındaydım. Rusiya ilə rabitə əlaqəsində idim. Gözləmək çətin idi, çünki kimin qazanacağı bəlli deyildi. Məni də təqib etdiklərini bilirdim.
– Çevriliş baş tutsaydı, başınıza nə gələ bilərdi ki?
– Ərdoğan, ya da Perinçekin başına nə gələrdisə, mənimkinə də o gələrdi.
– YPG məsələsi də ABŞ-la Türkiyə arasında böyük bir problemə çevrilib…
– İran, Türkiyə, Rusiya, Suriya və Iraq… Hamımız bir araya gəlib, kürdlərə onları qane edəcək bir şey təklif etsək, öz təhlükəsizliyimizi təmin edərik. Kürd kimliyini basdırmamalıyıq. Çünki biz belə etdikcə, ABŞ və İsrailin əlinə düşürlər. Yaxşı döyüşürlər deyə Amerika imperializminin kuklası olmalarını əngəlləyə bilmərik.
– Necə bir həll deyirsiz ki?
– Öncəlliklə Suriya vahid qalmalıdır. Bütün etniklərin haqları təminat altına alınmalıdır. Səudiiyyə Ərəbistanı və Qətər böhran yaşayır. Bütün kartlar bizim əimizdədir. Hamımız birlikdə ABŞ-a “Etdiklərin üçün təşəkkür, ancaq Yaxın Şərqdən get" deməliyik. Bu, Suriya və kürd məsələsinin həllində yeganə yoldur.
– Buna görə Rusiya YPG-ni Astana danışıqlarına qatmaq istəyir?
– Türklərin etirazını anlayıram. Amma Rusiyanın kürdlərlə əlaqəsi bütövlükdə Türkiyənin xeyrinədiir.
– Bərzani ilk vaxtlar referanduma ABŞ-ın səssiz qaldığını söyləmişdi. Sizcə, niyə?
– ABŞ yönətimi xaos içərisindədir. Bir yanda Tramp var, bir yanda Amerika dərin dövləti, digər yanda da kürdlərə dəstək verən kürəsəlçilər durur. Amerikalılar, məncə, əminliklə müstəqil Kürdistana dəstək verdi, ancaq Iraqda deyil. Onlar Kürdistanı Suriyadan qurmağa başlamaq istəyirlər. Bərzani də bunu anladı və narazı qaldı.
Əslındə, Bərzaninin məqsədi dərhal müstəqil olmaq deyildi. O, Bağdadla bazarlıq masasına daha güclü oturmaq istədi….
– Ancaq topraqlarının haradasa yarısını itirdilər…
– Bəli, hesab edirəm, döyüşməkdən qorxdular. Onlar Amerika yönətimindəki xaosun qurbanı oldular.
– Rusiyadan da referendum prosesində sərt açıqlama eşitmədik…
– Çünki kürd məsələsində çox diqqətliyik. Onların üzərindəki təsirimizi artırmağa çalışırıq.
– Təbii ki, həm də neft maraqlarınız var.
– Bəli, Rusiya taktiki davranır. Fəqət, Iraqın parçalanmasını istəmir. Putin parçalanmalara nifrət edir. Bu səbəbdən Ərdoğan və Əsədin yanında durur.

Bu xəbər oxundu
- - -