Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Son 2 ildə ipoteka kreditlərinə tələb azalıb”

06.11.17, 11:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb”. Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bunun əsas səbəbi son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasıdır: “Praktik olaraq bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərməkdədir. Mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka kredit təklif etmək imkanları hər zaman var. Sadəcə, son illər ipoteka kreditlərinə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu”. Ekspert bildirib ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər: “Bu o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız ildə 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir.
Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, faiz 6 faizə düşəcəyi halda isə 480 manat olur.
Qeyd edək ki, aid ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salnması imkanları var”.

Bu xəbər oxundu
- - -