Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“O cəsarət hər futbolçuda yoxdur”

06.11.17, 12:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Kəpəz”in futbolçusu özü yaxınlaşıb dedi ki, toxunuş yox idi”. Bunu FİFA dərəcəli hakim Rəhim Həsənov deyib. Referi Azərbaycan Premyer Liqasının XI turunda “Kəpəz” – “Qarabağ” matçının 27-ci dəqiqəsində baş verənlərə münasibət bildirib. Gəncə klubunun hücumçusu Viktor Oseqeyl rəqib qapıçısı İbrahim Şehiçlə təkbətək epizodda özünü yerə ataraq penalti qazansa da, baş hakim sonradan qərarını dəyişib.
Bosniyalı qolkiperə göstərdiyi sarı vərəqəni ləğv edən Həsənov nigeriyalı hücumçunun alqışalayiq hərəkət etdiyini bildirib: “Oseqeyl ingilis dilində danışırdı. Mənə yaxınlaşanda soruşdum ki, 100 faiz əminsən? Bildirdi ki, bəli, qapıçı mənə toxunmadı. O cəsarət hər futbolçuda yoxdu. Oseqeyl bu addımı atdısa, ona halaldı. Bu səbəbdən də protokolda qeyd olundu ki, “Qarabağ”ın qapıçısının sarı vərəqəsi ləğv olunub”.
Beynəlxalq dərəcəli hakim Gəncədəki görüşdən cəmi 3 gün əvvəl - noyabrın 2-də Tovuzda “Turan Tovuz” – “Sabah” (4:0) qarşılaşmasında fit çalıb. O, 4 gün ərzində 2 oyun idarə etməsini normal hesab edir: “Arada 2 gün var idi. Bu, hakimin bərpa olunması üçün kifayət qədər vaxtdı”. Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu xəbər oxundu
- - -