Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kerri İran sazişini xilas etməyə çalışır

07.11.17, 9:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" qəzetinin məqaləsində deyilir ki, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri İranla nüvə sazişinin iflasa uğramasının dünyanı daha təhlükəli bir yerə çevirəcəyi barədə xəbərdarlıq edib.
Keçmiş dövlət katibi prezident Donad Trampın bu sazişi ləğv etməsinin qarşısını almağa cəhd göstərən Avropa liderləri ilə Londondakı Chatham House mərkəzində görüşüb. Prezident bütün dəlillərə rəğmən iddia edir ki, İran nüvə sazişinin "ruhuna" əməl etmir.
Kerri deyib ki, üstəlik İranla sazişin zəiflədilməsinə cəhd Yaxın Şərqdə baş verən başqa hadisələrlə birlikdə daha böyük narahatlıq yaradır. Səudiyyə Ərəbistanında şahzadələr və nazirlər həbs edilir, Yəməndən Səudiyyə ərazisinə raket atılır, Livanın baş naziri Saad Həriri İranı ona sui-qəsd hazırlamaqda ittiham edərək istefa verir…
Kerri İran və dünya gücləri arasında həyati nüvə razılaşmasının əldə edilməsində həlledici rol oynayıb.
"Sadə şeyləri başa düşmək lazımdır. İranla nüvə sazişi işləyir. Bu saziş imzalandığı məqsəd istiqamətində işləyir. Prezident Trampın İranın sazişin şərtlərini yerinə yetirməsini təsdiq etməməsinin heç bir əsası yoxdur. Beynəlxalq Atom Enerjisi agentliyi İranın sazişin şərtlərinə əməl etdiyini səkkiz dəfə təsdiqləyib" - deyib Kerri.
O, İranın guya sazişin "ruhunu" pozması barədə Trampın mülahizəsini rədd edib.
"Bu sazişin ruhu yoxdur. Bu sazişdə diqqət nüvə məsələlərinə yönəldilib və nəticələr də var. Sazişin pozulması barədə iddialar havadan götürülüb…" - deyib keçmiş dövlət katibi.
Vyetnam müharibəsində ABŞ donanmasında xidmət etmiş Kerri çıxışında deyib ki, sülhün həmişə qalib gəlməsi mühümdür.
"The Independent" yazır ki, Vyetnam müharibəsi çağırışından yayınmış Donald Tramp isə Amerikanın düşməni saydıqlarını dəfələrlə hədələməklə məşğulur.
Londondakı Chatham House analitik mərkəzində çıxış edən Kerri yaxasında gəzdirdiyi "xatirə laləsinin" mənası barədə suala belə avab verib:
"Bizim bunu yaxamıza taxmağımızda məna var. Biz bu lalələri taxırıq ki, əvvəlcə bütün diplomatik vasitələri tükəndirmək ehtiyacının olduğunu unutmayaq. Unutmayaq ki, axmaqlıq və səhvlər çox sayda ölümlərə səbəb ola bilər".
Britaniyada noyabrın ilk günlərindən adamların yaxalarına taxdıqları lalə nişanları Birinci Dünya Müharibəsində həlak olanların xatirəsini yad etmək üçündür.
Keçmiş dövlət katibi London görüşü zamanı İsrailin baş naziri Benjamin Netanyahunun prezident Barak Obamanı dilə tutmasını xatırlayıb. İsrail lideri ABŞ-ın İranı bombalamasını istəyirdi.
"Ölkəni bombalamaqla sən ona bomba əldə etmək ehtiyacı yaradırsan. İran sazişi İsrail üçün daha böyük təhlükəsizlik təmin edir" - deyib Kerri.

Bu xəbər oxundu
- - -