Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Deputatların maaşı artırılsın”

07.11.17, 9:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.
Siyavuş Novruzov dünən Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.
Siyavuş Novruzov qeyd edib ki, Milli Məclisin büdcəsi heç bir rayonun büdcəsi qədər də heç deyil: “İstər beynəlxaql aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar heç olmasa, iki-üç ildən bir əməkdaşlıq etdiyi ölkələrə getməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

Bu xəbər oxundu
- - -