Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampdan Şimali Koreyaya: “Bizi sınamayın“

08.11.17, 9:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışı zamanı Şimali Koreyanı sərt şəkildə xəbərdar edib. Tramp "Bizi zəif bilməyin, bizi sınamayın"-deyib. Çıxışında Şimali Koreya lideri Kim Çen İnə səslənən Tramp deyib: "əldə etdiyin silahlar səni təhlükəsizliyini təmin etməyəcək, rejimini böyük bir təhlükəyə soxacaq".
Tramp Şimali Koreya rejimini tarix laboratoriyasındakı faciəvi bir sınağa bənzədib. ABŞ lideri deyib: "Şimali Koreya babanın xəyal etdiyi cənnət deyil. Heç bir insanın layiq olmadığı bir cəhənnəmdir". Tramp eyni zamanda Çin və Rusiya başda olmaqla, digər ölkələrdən Pxenyana nüvə silahlarından vaz keçmək üçün təzyiq göstərmələrini istəyib.
Xatırladaq ki, Koreya Respublikasının paytaxtı Seulda ABŞ prezidenti Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib. Aksiya Donald Trampın Koreya Respublikasının Milli Assambleyasında çıxışı zamanı elə parlamentin binası qarşısında keçirilib. Təxminən 8 min nəfərin qatıldığı aksiya iştirakçıları Tramp əleyhinə şüarlar səsləndirib, onu sülhü pozmaqda və irqi ayrı-seçkilikdə günahlandırıblar.
Aksiya ABŞ prezidentinin parlament binasına gəlməmişdən bir saat əvvəl başlayıb. Seul polisi təhlükəsizliyi təmin etmək üçün parlament binasının ətrafına 18 min nəfərlik qüvvə cəlb edib. Tramp əleyhdarlarına qarşı olan qüvvələr də eyni yerdə aksiya keçirib. İki qrup arasında ciddi toqquşma qeydə alınmayıb.

Bu xəbər oxundu
- - -