Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Son 2 ildə Suriyada 54 min yaraqlı öldürülüb

08.11.17, 9:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son iki ildə Suriyada 54 mindən çox yaraqlı öldürülüb. Onların içində Rusiya və keçmiş sovet respublikalarından 4 min 200 nəfər də olub. “TASS” agentliyi bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valery Gerasimova istinadla xəbər verir. “Mindən çox yaşayış məntəqəsi azad olunub, qanunsuz silahlı birləşmələrin 54 mindən çox üzvü öldürülüb. Onların içində Rusiyadan 2 min 800, digər sovet respublikalarından 1400 nəfər olub”, – Gerasimov Rusiya Müdafiə Nazirliyində iclasda deyib.
Baş qərargah rəisinin sözlərinə görə, Rusiya hərbçiləri Suriyada yaxşı təlim görmüş düşmənlə üzləşiblər. Terrorçuların Suriya və İrq hökumət qüvvələrindən ələ keçirdiyi 1500 tankı və zirehli maşını, 1200 pulemyotu və minaatanı olub. “Onlar sursat və material qıtlığı görməyiblər, xaricdən daim təchiz ediliblər”, – o söyləyib.
“Komandirləri xüsusi düşərgələrdə Qərb təlimçilərinin və bəzi Yaxın Şərq, Qərbi Avropa və Amerika ölkələrindən hərbi müşavirlərin nəzarəti altında təlim keçiblər. Bəzi hallarda həmin ölkələrdən xüsusi qüvvələrin zabitləri qanunsuz hərbi birləşmələrə rəhbərlik edib”, – Gerasimov söyləyib. Onun sözlərincə, nizam və təlim səviyyəsinə görə hərbi qruplaşmalar Suriya hökumət qüvvələrinə bərabər olub.
Gerasimov yada salıb ki, əməliyyat başlananda terrorçu qruplar Suriya ərazisinin 70%-dən çoxuna nəzarət edib və bütün istiqamətlərdə irəliləyib. “Silahlı qüvvələrimizin döyüşlərdə iki illik iştirakı zamanı nəinki durumu hökumət qüvvələrinin xeyrinə dəyişə bildik, eyni zamanda ən vacib ərazilərdə böyük qruplaşmaları darmadağın etdik, əsas şəhərləri təmizlədik, böyük kommunikasiya xətlərini yenidən ələ keçirdik”, – o vurğulayıb. Suriya münaqişəsində Rusiyayla İran Bəşər Əsəd hökumətini, Birləşmiş Ştatlarla Türkiyə isə ayrı-ayrı üsyançı qrupları dəstəkləyir.

Bu xəbər oxundu
- - -