Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Uşaq kitab karvanı bölgələrdə

08.11.17, 11:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Uşaq kitab karvanı layihəsi”nə ilk olaraq Salyan rayon Mərkəzi Kitabxanasında (MKS) start verilib. Respublika Uşaq Kitabxanasından bildirilib ki, tədbirdə Salyan rayon MKS-nin direktoru Səidə Əliyeva təşkil olunan kitab sərgisinin əhəmiyyətindən danışıb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq kitab karvanı” layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.
Tədbirdə uşaq yazıçıları ilə görüşən balaca oxuculara “Uşaq kitab karvanı” ilə gətirilən kitab bağlamalarında son illərdə nəşr olunmuş 500-ə yaxın ədəbiyyat, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı verilib. Respublika Kitab Kollektoru da kitabxanaya kitablar hədiyyə edib. Tədbir kiçik yaşlı uşaqlar arasında “Tap görüm” adlı viktorina ilə davam edib. Qaliblər kitab və jurnallarla mükafatlandırılıb.

Bu xəbər oxundu
- - -