Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gələn il büdcə gəlirlərinin 55 faizi neft sektorunun payına düşəcək

08.11.17, 13:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmindədir. Bu göstərici 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və yaxud 20 faiz, 2016-cı illə müqayisədə isə 2 milyard 621,2 milyon manat və ya 15 faiz çoxdur. 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür ki, bu da ÜDM-in 11,4 faizi həcmindədir. Bu göstərici cari ilin proqnozundan 262 milyon manat və ya 3,4 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur.
Vergilər Nazirliyinin xətti ilə 2018-ci il üzrə proqnozlaşdırılan daxilolmaların 76,2 faizi və ya 6,027 milyard manatı qeyri-neft sektorunun, 23,8 faizi və ya 1,880 milyard manatı neft sektorunun payına düşür. Ümumilikdə, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsində gəlirlərində xüsusi çəkisi 44,9 faiz və ya 9,031 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çoxdur. Qeyd olunub ki, büdcə daxilolmalarının 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertlərin, 2,430 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.
Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55,1 faiz və ya 11,096 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 milyard manat və ya 39,7 faiz çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini Dövlət Neft Fondundan transfertlər, 16,9 faizini və ya 1,880 milyard manatını vergi orqanları xətti ilə neft sektotundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Dövlət Neft Şirkəti üzrə büdcə ödənişləri 1,380 milyard manat və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 500 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 73,4 və 26,6 faizini təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə ARDNŞ üzrə 15 milyon manat, ABƏŞ üzrə isə 25 milyon manat çoxdur.

Bu xəbər oxundu
- - -