Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı-Sumqayıt metrobus xətti yaradıla bilər

08.11.17, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlıq edir. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir. “Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, - deyə baş direktor vurğulayıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac yaranan yol qovşaqlarında problemlərin aradan qaldırılması üzrə proqram hazırlayır. Onun sözlərinə görə, ay ərzində paytaxtda tıxac yaranan 2-3 yol qovşağı barədə məlumatlar proqrama daxil ediləcək. “Əvvəla bizim fikirlərimizlə Nazirlər Kabineti yanında Yol Hərəkəti Komissiyasının digər peşəkar üzvlərinin fikirləri də üst-üstə düşməlidir. Biz təklifərimizi vermişik, onlardan cavab gözləyirik. Razılıq verildiyi təqdirdə, biz təkliflərin mərhələli şəkildə implementasiyasına başlayacağıq. Hazırda Heydər məscidi, 3 mikrorayon dairəsi, 20 yanvar metro stansiyasının ətrafında olan yol qovşaqları ilə bağlı işlər görülür. Bilirsiniz ki, Tbilisi prospektindəki durumla bağlı araşdırmalarımız olub və müvafiq təkliflərimiz verilib. Yol qovşağında tıxacın aradan qaldırılması o qədər asan məsələ deyil. Bilirsiniz ki, kommunikasiya xətlərinin köçürülməsi kimi işlər görülməlidir. Bizim təkliflərimiz ondan ibarətdir ki, az xərc çəkilərək yolun genişləndirilməsinə, yəni yeni yol zolağının yaradılmasına nail olmaqdır”, - deyə V. Kərimli bildirib.

Bu xəbər oxundu
- - -