Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tərtərdə “Bayraq yürüşü“ keçirilib

08.11.17, 14:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tərtərdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Tədbir Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, “ASAN Xidmət” və Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN Xidmət”in əməkdaşları, hərbçilər, ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib.
Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bldirib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır: "Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən Bayraq yürüşü gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır”.
Təmas xəttində xidmət edən hərbçilərin də qatıldığı yürüşdə minlərlə tərtərli iştirak edib.

Bu xəbər oxundu
- - -