Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mətbuat Şurası 9 KİV-in adını “qara siyahı”ya salıb

08.11.17, 14:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın “qara siyahı”sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib.
Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub. Bunlar “Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytına) və “Xalqınsesi.com” saytıdır.
Müzakirələrin gedişində bildirilib ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Qeyd olunub ki, xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb.
Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.

Bu xəbər oxundu
- - -