Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“SƏRHƏD” sənədli filminin təqdimatı olub

10.11.17, 7:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Noyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində "SƏRHƏD” sənədli filminin təqdimatı keçirilib.
Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən çəkilib.
Tədbirdə Milli Məclisin deputatı Flora Qasımova çıxışında ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçı siyasətindən danışıb.
Filmin çəkilməsi layihəsinin rəhbəri Büllur Məmmədova bildirib ki, sənədli film faşizm ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın hərbi-siyasi rejimi tərəfindən qətlə yetirilən günahsız uşaqlardan və dünya ictimaiyyətinin bu cinayətlərə biganə yanaşmasından bəhs edir.
Ssenari müəllifi və rejissoru Etibar Məmmədov olan filmin çəkilişləri Tovuz, Ağdam və Füzuli rayonlarının cəbhəyanı bölgələrində həyata keçirilib, erməni faşizminin cinayətkar mahiyyətini ifşa edən arxiv sənədlərdən istifadə olunub.
Sonra sənədli film təqdim edilib.

Bu xəbər oxundu
- - -