Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dində parçalanmalar cəmiyyətin parçalanmasına zəmin yaradır“

10.11.17, 9:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Təəssüf ki, dində ayrı-ayrı parçalanmalar dini zəiflədir, cəmiyyətin parçalanmasına zəmin yaradır. Bu da qırğınlara, müharibələrə səbəb olur. Şərqdə baş verən hadisələr buna bariz sübutdur".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda deyib.
Onun sözlərinə görə, bəzi hallarda demokratiyanın mahiyyəti düzgün qiymətləndirilmir: "Bəziləri elə bilir ki, demokratiya varsa insan nə istəyirsə danışa bilər. Lakin cəmiyyət içərisində hər istədiyini demək olmaz. Çünki hər kəsin anlama tərzi fərqlidir. Bu da müəyyən mənada yalnış anlamalara səbəb ola bilər".
Səyyad Salahlı qeyd edib ki, İslam dinin prinsipləri sülhün aşılanmasına yönəlib.
Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfransda milli-mənəvi, dini dəyərlərin cəmiyyətdə təbliğinin hansı əsaslar üzrə aparılması, son illərdə dövlətin geniş vüsət almış din siyasətinin müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyi və milli-mənəvi irsi qorumaq, eləcə də təbliğ etmək kimi məsələlər, eyni zamanda dini maarifləndirmə işinin təşkili və aparılması sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edilir.

Bu xəbər oxundu
- - -