Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müharibə qorxusu

10.11.17, 11:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4 ölkənin vətəndaşlarına xəbərdarlıq etdi

2006-cı ildə İsrailin hücumuna məruz qalan Livanda yeni müharibə qorxusu yaşanmağa başlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, müharibədən ehtiyat edən 4 ölkə vətəndaşlarına dərhal Livanı tərk etmək çağırışı edib. Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarından ölkədən çıxmasını istəyib.
İsarilin Hizbullahı ən zəif vaxtındaykən vurmaq istəməsi xəbəri adıçəkilən təşkilatı da həyəcanlandırıb. Hizbullar İraq və Suriyadakı döyüşçülərinin böyük hissəsini geri çağırıb, Suriya ilə sərhəddə döyüşçülərini yığmağa başlayıb. Bu arada Livan isə Əl Riyada səfəri zamanı istefa verdiyi elan edən baş nazirini axtarır. Ölkə əhalisi Saad Haririnin Səudiyyədə girov saxlandığıı düşünür. Prezident Mişel Aoun da Haririnin istefasını ölkəyə qayıdaraq, səbəbləri ilə birlikdə təqdim etməyənə kimi qəbul etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, 100 qırıcı ilə təlim keçən İsrailin Livana hücum edəcəyi barədə iddialar ötən gündən yayaılıb. İddiaya görə, hədəf Livan torpaqlarının 65 faizinə daxil olaraq Hizbullaha məxsus bazaları ələ keçirməkdir. Məlumata görə, İsraillə eyni zamanda ABŞ-ın rəhbərliyi ilə yaradılan ittifaq da Yəmən və Qətərdə əməliyyat keçirəcək. Plana görə, körfəzdən İraq və Suriyaya uzanan xətt boyunca məzhəb münaqişələri başlayacaq, bir çox ölkənin xəritəsi dəyişəcək. İsrail Ordusunun şok hücum dalğası və sonradan başlayacaq quru hərakatı ilə "Hizbullah"ın varlığına son verilməsi nəzərdə tutulur.

Bu xəbər oxundu
- - -