Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Jurnalistlər Bayraq gününü şimal bölgəsində qeyd ediblər

10.11.17, 12:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Parlament Jurnalistləri Birliyinin (PJB) üzvü olan bir qrup jurnalist 9 Noyabr Bayraq Gününü Şimal bölgəsində qeyd edib. Bayraq aksiyası PJB-nin təşkilatçılığı ilə baş tutub. Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşən jurnalistlər onlara Azərbaycan bayrağı ilə bağlı məlumat verərək bayraqlar hədiyə ediblər. Qurumun sədri Elşad Eyvazlının sözlərinə görə, sakinlərlə aparılan söhbətlərdən məlum oldu ki, gənc nəsil bayraqla bağlı yaşlı nəslə nisbətən daha məlumatlıdır. “Xüsusilə, 10 yaşadək uşaqların bayraqla bağlı söylədikləri fikirlər, bayraq sevgisi jurnalistlərin ciddi marağına səbəb oldu”.
Jurnalistlər həmçinin Qubadakıl kütləvi soyqırım məzarlığında və Quba Soyqırımı Memorial Kompleksində olublar. Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Quba Məzarlığı Müzeyində xatirə kitabına ürək sözlərini yazıb.
PJB sədrinin sözlərinə görə, Parlament Jurnalistləri Birliyi üzvlərinin Bayraq günü ilə bağlı ölkənin ayrı-ayrı bölgələrinə səfəri artıq ənənə halını alıb:
“Ötənil jurnalistlər Bayraq gününü Balakən, Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında qeyd ediblər. 2015-ci ildə isə Bayraq günündə Goranboy, Göygöl və Gəncədə olduq, yerli sakinlərlə görüşdük. Növbəti illərdə də bu ənənə davam etdiriləcək”.
Səfərdən geri qayıdarkən Bakı-Quba yolunda yerləşən Saray postuna gedən jurnalistlər Dövlət Yol Polisi əməkdaşlarına da bayraq həddiyə ediblər.
Jurnalistlərin səfəri Quba rayonundan millət vəkili Vahid Əhmədov, Qusar rayonunun deputatı Azər Badamov və Xaçmaz rayonun deputatı Eldəniz Səlimov tərəfindən də təqdir olunaraq, dəstəklənib.

Əli

Bu xəbər oxundu
- - -